Nəml Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Buna qəti inandıqları halda, haqsızcasına təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!
Bünyadov-Məmmədəliyev:
(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə təkəbbür üzündən onları inkar etdilər. (Ya Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!
Elmir Quliyev :
Они отвергли их несправедливо и надменно, хотя в душе они были убеждены в их правдивости. Посмотри же, каким был конец распространявших нечестие!
Ələddin Sultanov:
Daxilən buna əmin olduqları halda, zülm təkəbbürləri səbəbilə onları inkar etdilər. Fitnə-fəsad törədənlərin aqibətinin necə olduğuna bir bax!
Kerbelayi Malik ağa:
Onu yəqin (qəti) olaraq bildikləri halda nəfslərinə zülm edərək böyüklənərək bilə-bilə inkar etdilər. Elə isə müfsidlərin (fəsadçıların) aqibətlərinin necə olduğuna bax!
Ələsgər Musayev:
öz nəfslərində ona yəqinlikləri olsa da, dandılar onu zülmlə təkəbbürlüklə. Nəzər sal necə oldu aqibəti fəsad edənlərin!
A.Mehdiyev və D.Cəfərli:
ona (möcüzələrimizə) daxilən yəqinlikləri olsa da zülm təkəbbür üzündən inkar etdilər. Bir gör, fitnə fəsad törədənlərin aqibəti necə oldu !
Kövsər Tağıyev:
Özləri bunların haqq olduğunu əminliklə bildikləri halda sırf zalımlıqları kibrləri üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin aqibəti necə oldu!
M.Qənioğlu və T.Bilaloğlu:
Daxilən o möcüzələrin həqiqiliyinə inansalar da, onlar ədalətsizcəsinə təkəbbürlə onları inkar etdilər. Gör fitnə-fəsad törədənlərin aqibəti necə oldu!
Sabirə Dünyamalıyeva:
onların özü buna tamamən inandıqları halda, şərik qoşaraq yanlış; öz ziyanlarına olan əməl işlədikləri təkəbbür göstərdikləri üçün onları bilə-bilə inkar etdilər. -İndi bax gör fitnəçilərin aqibəti necə olacaq!-