Ənkəbut Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı.
Bünyadov-Məmmədəliyev:
Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı.
Elmir Quliyev :
Мы послали Нуха (Ноя) к его народу, и он пробыл среди них тысячу лет без пятидесяти годов. Они были беззаконниками, и их погубил потоп.
Ələddin Sultanov:
Nuhu da öz qövmünə göndərmişdik. O, min ildən əlli il az onların arasında qaldı. Nəhayət, zülmlərinə davam edərkən tufan onları yaxaladı.
Kerbelayi Malik ağa:
And olsun ki, Biz, Nuhu (ə.s) qövmünə (rəsul olaraq) göndərdik. Beləcə onların arasında 1000 ildən 50 il əskik olaraq (950 il) qaldı. Sonra onları (Nuhun (ə.s) qövmünü) tufan yaxaladı. Onlar zalımlar idi.
Ələsgər Musayev:
Əlbəttə, göndərdik Nuhu öz qoumuna tərəf. O, qaldı onların arasında min ildən əlli il az. Tutdu onları tufan onlar zalimlər idilər!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Biz Nuhu öz qövmünə (Peyğəmbər) göndərdik. Beləliklə onların arasında doqquz yüz əlli il qaldı (amma az bir qism istisna olmaqla ona iman gətirmədilər). Zalım olduqları halda tufan (su) onları yaxaladı.
Kövsər Tağıyev:
And olsun, biz Nuhu öz qövmünə peyğəmbər olaraq göndərdik. O, onların arasında doqquz yüz əlli il qaldı. Nəhayət, zülmkarlıqlarına davam edərkən onları tufan yaxaladı.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Nuhu öz camaatına (peyğəmbər) göndərdik. O, onların arasında əlli il çıxmaqla min il qaldı. Haqsız olduqları üçün onları tufan yaxaladı.
Sabirə Dünyamalıyeva:
and olsun ki, Biz Nuhu öz qövmünə elçi göndərdik, onların arasında əlli ili asan olmaqla neçə-neçə uzun çətin illər boyunca qaldı. Nəhayət, onlar şirk qoşaraq səhv; öz zərərlərinə olan əməli işləməyə davam edərkən, tufan onları yaxaladı.