Ali-İmran Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır.
Bünyadov-Məmmədəliyev:
Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara əkin yerləri kimi nəfsin istədiyi arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.
Elmir Quliyev :
Приукрашена для людей любовь к удовольствиям, доставляемым женщинами , сыновьями, накопленными кантарами золота и серебра, прекрасными конями, скотиной и нивами. Таково преходящее удовольствие мирской жизни, но у Аллаха есть лучшее место возвращения.
Ələddin Sultanov:
Qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, malqaraya əkin sahələrinə qarşı nəfsani istəklər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının (müvəqqəti) mənfəətləridir. Ən gözəl dönüş yeri Allah dərgahındadır.
Kerbelayi Malik ağa:
İnsanlara ‘qadınlara, oğullara, toplanmış qızıl gümüşə, cins atlara, heyvanlara əkinlərə olan sevgidən yaranan’ şəhvətləri (həddindən artıq istəkləri, bağlılıqları) gözəl göstərildi. Bunlar dünya həyatının mənfəətləridir. Allah Onun dərgahındakı ən gözəl sığınacaqdır.
Ələsgər Musayev:
Zinətləndi insanlar üçün məhəbbət şəhvətə - qadınlara oğullara qızıl gümüş var-dövlətinə əsl atlara dörd ayaqlı heyvanlara əkinlərə. Bunlar mətahıdır dünya həyatının Allah - Onun yanındadır yaxşı sığınacaq!
A.Mehdiyev və D.Cəfərli:
Qad?nlar v? ovladlar, q?z?l v? gumus kimi toplan?lan coxlu mallar, nisan qoyulmus atlar, dordayaql?lar v? ?kin yerl?ri kimi ist?nil?n v? arzu edil?n seyl?rin (dunya mallar?n?n) m?h?bb?ti insanlar ucun zin?tl?ndirilmisdir. Halbuki, bunlar dunya h?yat?ndan faydalanmaq vasit?sidir. Goz?l qay?d?s yeri is? Allah?n yan?ndad?r.
Kövsər Tağıyev:
Qadınlar, oğullar, yığın-yığın qızıl gümüş, sərbəst gəzib otlayan atlar, mal-qara əkin yerləri kimi nəfsin şiddətlə arzuladığı şeylər insanlara gözəl göstərildi. Bunlar dünya həyatının müvəqqəti mənfəətidir. Halbuki gediləcək əsl gözəl yer ancaq Allahın qatındadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Qadınlara, uşaqlara, yığın-yığın qızıl-gümüşə, cins atlara, mal-qaraya əkin yerlərinə ehtiras duyğusu insanlar üçün bəzədilmişdir [yaxşı şeylər kimi qələmə verilmişdir]. Bu, dünya həyatının ləzzətidir. Allahın dərgahında isə daha yaxşı sığınacaq vardır.
Sabirə Dünyamalıyeva:
Qadınlara, oğullara, yığın yığın qızıl gümüşə, sərbəst [qaçan] gözəl atlara, ətindən südündən istifadə olunan heyvanlara əkinlərə duyulan ehtiraslı, həddindən artıq istək, insanlara gözəl/cazibədar göstərilmişdir. Bunlar, bəsit dünya həyatının qazancıdır. Gözəl qayıdış yeri isə Allah yanındadır.