Rum Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məhz o Saatın gələcəyi gün (möminlərlə kafirlər) ayrılacaqlar.
Bünyadov-Məmmədəliyev:
Qiyamət qopacağı gün məhz o gün (möminlərlə kafirlər bir-birindən) ayrılacaqlar.
Elmir Quliyev :
В тот день, когда наступит Час, они (творения) разделятся.
Ələddin Sultanov:
Qiyamət qopacağı gün - məhz o gün (möminlər kafirlər) bir-birindən ayrılacaqlar.
Kerbelayi Malik ağa:
O saatın baş verdiyi (qiyamətin qopduğu) gün izn günü onlar firqələrə ayrılarlar.
Ələsgər Musayev:
O gün ki, saat yetişər, o gün firqə-firqə olarlar.
A.Mehdiyev və D.Cəfərli:
Qiyamətin qopacağı gün məhz o gün hamı bir-birlərindən ayrılacaq (cinlər adamlardan, insanlar şeytanlardan, möminlər kafirlərdən yaxşı görənlər pis görənlərdən).
Kövsər Tağıyev:
Qiyamət qopacağı gün həmin gün möminlər kafirlər bir-birindən ayrılacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Qiyamət qopacaq gün onlar (möminlərə kafirlərə) bölünüb ayrılacaqlar.
Sabirə Dünyamalıyeva:
Saatın qopduğu gündə, bax o gün onlar ayrılarlar.