Duxan Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Onlar isə ondan üz çevirib belə dedilər: “(Bu başqası tərəfindən) öyrədilmiş bir divanədir! (Özü heç bir şey bilmir, Quranı kimsə ona öyrədir)”.
Elmir Quliyev :
Затем они отвернулись от него и сказали: "Он обученный, одержимый".
Ələddin Sultanov:
Sonra ondan üz döndərmiş və: “O, öyrədilmiş bir divanədir”, - demişdilər.
Kerbelayi Malik ağa:
(Ona) (şeytan tərəfindən vəhy edilərək) ‘öyrədilmiş dəli’ dedilər sonra Ondan üz çevirdilər.
Ələsgər Musayev:
Sonra üz çevirdilər ondan dedilər: «Məlum məcnundur!»
A.Mehdiyev və D.Cəfərli:
Sonra onlar üz döndərərək dedilər: «O, (dediyi sözlərdə başqaları tərəfindən) öyrədilmiş (onları Allaha nisbət verən) dəlidir.»
Kövsər Tağıyev:
Onlar hara, öyüd götürmək hara?! Halbuki onlara (həqiqəti) açıqlayan bir peyğəmbər gəlmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra onlar peyğəmbərdən üz döndərib demişlər: "Öyrədilmişdir, divanədir!"
Sabirə Dünyamalıyeva:
Sonra ondan üz çevirdilər "Öyrədilmiş bir divanədir/gizli gücləri olan biridir!" dedilər.