Əlixan Musayev:
Bədəvilər: “Biz iman gətirdik!”– dedilər. De: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!”– deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun Elçisinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!”
Bünyadov-Məmmədəliyev:
(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Бедуины сказали: "Мы уверовали". Скажи: "Вы не уверовали. Посему говорите: “Мы стали мусульманами”. Вера еще не вошла в ваши сердца. Если вы подчинитесь Аллаху и Его Посланнику, Он нисколько не умалит ваших деяний. Воистину, Аллах — Прощающий, Милосердный".
Ələddin Sultanov:
Bədəvi ərəblər: “Biz iman gətirdik!” - dedilər. De ki: “Siz iman gətirməmisiniz. Ancaq: “Biz təslim olmuşuq!” - deyin. İman hələ sizin qəlblərinizə girməmişdir. Əgər Allaha və Onun Peyğəmbərinə itaət etsəniz, Allah əməllərinizdən heç bir şeyi əskiltməz. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir”.
Kerbelayi Malik ağa:
Ərəblər: ‘Biz amənu olduq.’ dedilər. (Onlara) de ki: ‘Siz amənu olmadınız (Allaha təslim olmağı diləmədiniz). Lakin: ‘Təslim olduq.’ deyin. Qəlblərinizə (içinə) iman girmədi. Əgər Allaha və Onun Rəsuluna itaət etsəniz əməllərinizdən bir şey əksildilməz. Şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.’
Ələsgər Musayev:
Ətrafda yaşayanlar
dedilər: «Biz inandıq!» De: «Siz inanmadınız və lakin deyin ki:
“Biz təslim olduq!” Hələ iman sizin qəlbinizə daxil olmamışdır.
Əgər Allaha və Onun rəsuluna itaət edərsinizsə, O heç bir şeylə
sizin əməlinizdən əskiltməz». Həqiqətən, Allah Ğəfurdur,
Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Bədəvilər dedilər: «Biz (səmimi qəlbdən) iman gətirdik.» (Ya Peyğəmbər, onlara) de: «İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) «İslamı qəbul etdik» deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstərişlərində) Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən (heç nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır.»
Kövsər Tağıyev:
Bədəvilər: “İman etdik”, – dedilər. De ki: “İman etmədiniz. (Elə isə “İman etdik” deməyin.) “Sadəcə boyun əydik”, – deyin. Hələ iman qəlblərinizə girməyib. Əgər Allaha və peyğəmbərinə itaət etsəniz, etdiklərinizdən heç bir şeyi əskiltməz. Allah çox bağışlayandır, çox mərhəmət edəndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bədəvi ərəblər dedilər: "Biz iman gətirdik!" De: "Siz iman gətirmədiniz. Ancaq “Biz [təslim] olduq!" - deyin, çünki iman hələ ürəklərinizə daxil olmayıb. Əgər Allaha və Onun peyğəmbərinə itaət göstərsəniz, O, sizin əməllərinizdən bir şeyi belə əskiltməz. Axı Allah bağışlayandır, rəhmlidir!"
Sabirə Dünyamalıyeva:
Bədəvi ərəblər: "İnandıq!" dedilər. De ki: "Siz inanmadınız, amma ‘Əsləmna [möhkəmləndirdik/öz mövqeyimizi möhkəmləndirdik]!’ deyin; iman hələ sizin qəlblərinizə girməyib. Və əgər Allaha və Elçisinə itaət etsəniz, O, əməllərinizdən heç bir şeyi sizə əskiltməz." Həqiqətən, Allah çox bağışlayandır, çox mərhəmətlidir!