Hədid Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Münafiqlər) onları haraylayıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” (Möminlər) deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü aldadırdınız, (möminlərə bəla üz verməsini) gözləyirdiniz, (haqqa) şübhə edirdiniz Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan (şeytan) Allah barəsində sizi yaman aldatdı.
Bünyadov-Məmmədəliyev:
(Münafiqlər divarın içəri tərəfində olan möminləri) səsləyib deyəcəklər: “Məgər biz (dünyada) sizinlə birlikdə deyildikmi?!” (Möminlər) belə cavab verəcəklər: “Bəli (bizimlə birlikdə idiniz). Lakin siz özünüzü (nifaqla, ikiüzlülüklə) fitnəyə saldınız (fitnəyə salıb məhvə düçar etdiniz), siz (möminlərin başına bir fəlakət gəlməsini) gözləyirdiniz (Allahın birliyinə, Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyinə) şəkk edirdiniz. Allahın əmri (ölümünüz) gəlib çatanadək sizi xam xəyallar (tamah) aldatdı. Sizi Allah barəsində (Allah rəhmlidir, bütün günahlarınızdan keçər, sizə heç bir cəza verməz deyə) o tovlayan (Şeytan) tovladı!
Elmir Quliyev :
Они будут взывать к ним: "Разве мы не были с вами?" Они скажут: "Да, но вы соблазняли самих себя, выжидали, сомневались и обольщались надеждами до тех пор, пока не явилось повеление Аллаха. Соблазнитель (дьявол) обманул вас относительно Аллаха.
Ələddin Sultanov:
(Münafiqlər) onlara: “Biz sizinlə birlikdə deyildikmi?!” deyə səslənəcəklər. (Möminlər) deyəcəklər: “Bəli! Lakin siz özünüzü bəlaya saldınız. (Dərhal tövbə etməyib) gözlədiniz şübhəyə düşdünüz. Allahın əmri gələnə qədər boş xülyalar sizi aldatdı. Başdan çıxaran (şeytan) Allah barəsində sizi aldatdı.
Kerbelayi Malik ağa:
Onlara səslənərlər: ‘Biz sizinlə birlikdə olmadıqmı?’ (Onlar): ‘Bəli, lakin siz özünüzü fitnəyə saldınız, gözlədiniz şübhə etdiniz. Allahın əmri (ölüm əmri) gələnə qədər əmaniyyə sizi aldatdı. Ğarur (aldadanlar, şeytan) sizi Allah ilə (Allah ‘Ğafurdur, Rəhimdir, sizi bağışlayar.’ deyərək) aldatdı.’ dedilər.
Ələsgər Musayev:
Nida edərlər onlar: «Ə, biz sizinlə olmadıqmı?» Dedilər: «Bəli! Lakin siz öz nəfsinizi sınağa saldınız gözləyirdiniz şəkk-şübhədə idiniz əminliyiniz sizi qürurlu etdi, ta gəldi əmri Allahın qürurlu etdi sizi Allah ilə qürurlu.
A.Mehdiyev və D.Cəfərli:
Onlar möminləri «məgər biz dünyada sizinlə deyildik?» (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: «Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi nəhayət, Allahın (sizin məhviniz barəsindəki) əmri gəlib yetişdi yalançı şeytan sizi Allah barəsində aldatdı.»
Kövsər Tağıyev:
(Münafiqlər) möminlərə belə səslənərlər: “Biz (dünyada) sizinlə birlikdə deyildikmi?” (Möminlər isə) deyərlər ki: “Bəli, lakin siz özünüzü yandırdınız. Başınıza müsibətlər gəlməsini gözlədiniz, şübhə etdiniz. Allahın əmri gələnə qədər xam xəyallar sizi aldatdı. O çox aldadıcı (şeytan) Allah haqqında da sizi aldatdı”.
M.Qənioğlu və T.Bilaloğlu:
Münafiqlər möminləri səsləyəcəklər: "Məgər biz (dünyada) sizinlə birgə deyildik?" Möminlər deyəcəklər: "Bəli, lakin siz öz-özünüzü (fitnəyə) sövq etdiniz, gözlədiniz, şəkk-şübhəyə düşdünüz boş arzularınız sizi tovlayıb aldatdı. Ta ki, Allahın əmri gəldi Allah barəsində aldadan [şeytan] sizi tovlayıb aldatdı.
Sabirə Dünyamalıyeva:
Onlara: "Biz sizinlə birlikdə deyildikmi?" deyə müraciət edəcəklər. Möminlər deyəcəklər: "Bəli amma, siz öz canlarınızı atəşə saldınız, gözlədiniz, şübhəyə düşdünüz xam xəyallar sizi aldatdı. Nəhayət, Allahın əmri gəlib çatdı. O çox aldadan, sizi, Allah ilə aldatdı.