Təğabun Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, (günahlarından) keçsəniz bağışlasanız, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev :
О те, которые уверовали! Воистину, среди ваших жен и ваших детей есть враги вам. Остерегайтесь их, но если вы будете снисходительны, проявите великодушие и простите их, то ведь Аллах Прощающий, Милосердный.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Zövcələrinizdən övladlarınızdan sizə düşmən olanlar vardır. Buna görə onlardan ehtiyat edin! Ancaq əfv etsəniz, xoş görsəniz (qüsurlarını) bağışlasanız, bilin ki, Allah da bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Şübhəsiz ki, sizin zövcələrinizdən övladlarınızdan sizə düşmən olanlar vardır. Artıq onlardan çəkinin. Əgər onları əfv etsəniz, təqsirlərindən keçsəniz bağışlasanız, o təqdirdə şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Həqiqətən, zövclərinizdən övladlarınızdan sizin üçün düşmən vardır. Həzər edin onlardan! Əgər əfv edəsiniz keçəsiniz bağışlayasınız… Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, zövcələrinizdən övladlarınızdan bəzisi sizin düşməninizdir (imanınıza görə sizinlə düşmən kimi rəftar edirlər). Onlardan özünüzü gözləyin (ki, sizi azdırmasınlar) əgər (onların pisliklərini verdikləri əziyyəti) əfv etsəniz göz yumsanız bağışlasanız (Allah da sizi bağışlayar) ki, şübhəsiz, Allah bağışlayan rəhm edəndir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Zövcələrinizdən övladlarınızdan sizə düşmən ola biləcək kəslər var. Onlardan ehtiyatlı olun! Ancaq əfv edər, (təqsirlərindən) keçər bağışlayarsınızsa, şübhə yoxdur ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Sizin arvadlarınız övladiannız içərisində sizə düşmən olanlar da vardır, onlardan özünüzü qoruyun. Əgər əfv edib, (günahlarından) keçib bağışlasanız (bilin ki), Allah bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Şübhəsiz ki, zövcələrinizdən övladlarınızdan sizə düşmən olanlar da var. Buna görə onlardan özünüzü gözləyin. əgər əfv etsəniz, qüsurlarını üzlərinə vurmasanız, göz yumsanız bağışlasanız, bilin ki, həqiqətən Allah çox bağışlayandır, çox rəhm edəndir.