Əraf Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(İblis) dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”.
Bünyadov-Məmmədəliyev:
(İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!”
Elmir Quliyev :
Иблис сказал: "Предоставь мне отсрочку до того дня, когда они будут воскрешены".
Ələddin Sultanov:
(İblis) dedi: “(İnsanların) diriləcəkləri günə qədər mənə möhlət ver!”
Kerbelayi Malik ağa:
(Şeytan): ‘Bəas gününə (diriləcəyimiz günə, qiyamət gününə) qədər mənə izn (möhlət) ver.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Məni nəzərə alaraq möhlət ver qalxacaqları günə qədər!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: «Mənə onların (Adəmin onun övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)».
Kövsər Tağıyev:
Şeytan dedi ki: “(Elə isə) insanların yenidən dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
M.Qənioğlu və T.Bilaloğlu:
o, dedi: "Onların dirildiləcəyi günə qədər mənə möhlət ver".
Sabirə Dünyamalıyeva:
İblis, "Təzədən dirildiləcəkləri günə qədər mənə möhlət ver" dedi.