Leyl Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mən sizi alov saçan bir odla qorxutdum.
Bünyadov-Məmmədəliyev:
(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.
Elmir Quliyev :
Я предостерег вас от пылающего Огня.
Ələddin Sultanov:
Ona görə mən sizi alov saçan bir odla xəbərdar etdim.
Kerbelayi Malik ağa:
Sizi alovu getdikcə artan bir odla xəbərdar etdim.
Ələsgər Musayev:
Mən nəzərinizə çatdırıram yandırıb yaxan odla
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (Mən) sizi şölələnən oddan çəkindirdim.
Kövsər Tağıyev:
Sizi alovlar saçan atəş barəsində xəbərdar etdim.
M.Qənioğlu və T.Bilaloğlu:
Mən sizi alov saçan cəhənnəm odu barəsində artıq xəbərdar etdim.
Sabirə Dünyamalıyeva:
Buna görə Mən sizi, şölələndikcə şölələnən bir od barəsində xəbərdar etdim.