Əlixan Musayev:
Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu.
Bünyadov-Məmmədəliyev:
(Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən olmuşdu. (Yunis gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də sərnişinlər: “Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır”, - demişdilər. Kölənin kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə düşmüşdü. Yunis özünü dənizə atmağa məcbur olmuşdu).
Elmir Quliyev
:
Он бросил жребий вместе с другими и оказался проигравшим.
Ələddin Sultanov:
(Gəmidəkilərlə) püşk atmışdı və uduzmuşdu. (Təfsirlərdə qeyd olunan rəvayətə görə, Yunis peyğəmbərin mindiyi gəminin yükü həddindən çox olduğu üçün gəmidəkilər öz aralarından bir nəfəri dənizə atmaq qərarına gəlmişdilər. Buna görə də aralarında püşk atmış və püşk Yunis peyğəmbərə çıxdığı üçün onu dənizə atmışdılar.)
Kerbelayi Malik ağa:
Beləliklə, O, püşk atdı. Sonunda uduzanlardan oldu.
Ələsgər Musayev:
Və Biz əta etdik onların hər ikisinə aydın kitab.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.
Kövsər Tağıyev:
Gəmidəkilərlə püşk atmış və uduzanlardan olmuşdu.
M.Qənioğlu və T.Bilaloğlu:
Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu.
Sabirə Dünyamalıyeva:
Sonra o, ox ilə püşk atdı, sonra da dəlili ləğv edilənlərdən/iddiası çürüdülənlərdən oldu.