Əlixan Musayev:
Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq var idi.
Bünyadov-Məmmədəliyev:
(Ey İsrail övladı!) Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi.
Elmir Quliyev
:
Вот Мы спасли вас от рода Фараона. Они подвергали вас ужасным мучениям, убивали ваших сыновей и оставляли в живых ваших женщин. Это было для вас великим испытанием (или великой милостью) от вашего Господа.
Ələddin Sultanov:
Vaxtilə sizə əzabın ən şiddətlisini verən Firon əhlindən sizi xilas etdik. Onlar sizin oğullarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən (sizin üçün) böyük bir imtahan vardı.
Kerbelayi Malik ağa:
Sizi pis əzaba məruz buraxan Firon ailəsindən qurtarmışdıq. Oğullarınızı öldürür, qadınlarınızı sağ buraxırdılar. Bunda Rəbbinizdən böyük bir imtahan var.
Ələsgər Musayev:
Onda nicat verdik sizə Firaun ailəsindən, sizə pis əzablar verirdilər; oğullarınızı qətlə yetirib, qadınlarınızı diri saxlayırdılar və bunda Əzim Rəbbinizdən əzəmətli imtahan vardı!
A.Mehdiyev və D.Cəfərli:
Və (yada salın) o zaman(ı) ki, sizi, sizə ağır işkəncə verən fironçulardan xilas etdik. Onlar oğullarınızı rəhmsizcəsinə öldürür, qadınlarınızı (havayı işlətmək üçün) diri saxlayırdılar və bunda (bu işdə sizin üçün) Rəbbiniz tərəfindən böyük bir bəla və imtahan var idi».
Kövsər Tağıyev:
Bir vaxt sizi Firon ailəsindən qurtarmışdıq. Sizi ən pis əzaba düçar edirdilər. Oğullarınızı öldürür, qızlarınızı sağ buraxırdılar. Bunda sizin üçün Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz ki, sizi Firon tayfasından xilas etdik. Onlar sizə ağır əzab verir, oğullarınızı qıraraq qadınlannızı diri saxlayırdılar. Sizin üçün bu, Rəbbinizdən böyük bir sınaqdır!
Sabirə Dünyamalıyeva:
Bir vaxt Biz, sizə əzabın ən pisini edən; oğullarınızı öldürən; oğullarınızın boğazını kəsən; təhsilsiz, təlimsiz saxlayıb savadsız bir kütləyə çevirməklə onları zəiflədən, qadınlarını utanca boğan Firon ailəsinin əlindən sizi xilas etmişdik. Bunda da sizin üçün Rəbbiniz tərəfindən böyük bir imtahan var.