Əlixan Musayev:
Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki (Allah) onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər.
Bünyadov-Məmmədəliyev:
Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər.
Elmir Quliyev
:
Воистину, лицемеры пытаются обмануть Аллаха, но это Он обманывает их. Когда они встают на намаз, то встают неохотно, показывая себя перед людьми и поминая Аллаха лишь немного.
Ələddin Sultanov:
Həqiqətən, münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki O (Allah) onları aldadar (aldatmalarını cəzalandırar). Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini insanlara göstərər və Allahı çox az zikr edərlər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, münafiqlər Allahı aldatmağa çalışarlar. Halbuki O (Allah), onları aldadır. Onlar namaza qalxdıqları zaman tənbəlliklə (ərinərək, könülsüz olaraq) qalxarlar, özlərini insanlara göstərərlər. Allahı çox az zikr edərlər.
Ələsgər Musayev:
Həqiqətən, münafiqlər istəyirlər aldatsınlar
Allahı və o aldanışıdır onların. Onda ki, ayağa qalxırlar
islahata, qalxırlar kəsilə – kəsilə, göstərərək özlərini insanlara
və yad edirlər Allahı, ancaq az.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən münafiqlər Allaha qarşı hiyləgərlik edirlər, halbuki, Allah onları aldadır (onların hiylələrinin cəzasını özlərinə qaytarır). Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq edir və Allahı çox az yada salırlar.
Kövsər Tağıyev:
Münafiqlər Allahı aldatmağa çalışarlar. Allah da onların bu cəhdlərini onların əleyhinə çevirər. Onlar namaza qalxdıqları zaman tənbəl-tənbəl qalxar, özlərini insanlara göstərər və Allahı çox az yad edərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Münafiqlər, həqiqətən, Allahı aldatmağa cəhd edirlər. Əslində isə O, onların aldatmalarını heçə çıxarır. Onlar namaza duranda istəməyə-istəməyə qalxaraq özlərini camaata göstərirlər. Onlar Allahı ancaq az-az zikr edirlər.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, münafiqlər, Allahı aldatmağa çalışırlar. Halbuki O, onları aldadar. Və onlar, səlat [maddi və zehni baxımdan dəstək olmaq; cəmiyyəti maarifləndirmək] üçün [ayağa] qalxdıqları/cəmiyyət içinə çıxdıqları zaman, ikisi arasında tərəddüddə qalanlar olaraq, tənbəl-tənbəl qalxar, möminlərlə və kafirlərlə olmazlar, özlərini camaata göstərərlər. Və Allahı olduqca az xatırlayarlar.