Əlixan Musayev:
(Üstündə) yük daşınan və yük daşınmayan mal-qaranı da (yaradan Odur). Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.
Bünyadov-Məmmədəliyev:
Yük daşıyan və (yunlarından) döşək düzəldilən heyvanları da (yaradan Odur). Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir.
Elmir Quliyev
:
Среди скотины есть предназначенная для перевозки и не предназначенная для этого. Ешьте из того, чем вас наделил Аллах, и не следуйте по стопам дьявола, ведь он для вас — явный враг.
Ələddin Sultanov:
Yük daşıyan və (yunundan) döşək hazırlanan heyvanları da (O yaratmışdır). Allahın sizə verdiyi ruzilərdən yeyin və şeytanın addımlarını izləməyin! Şübhəsiz, o, sizin açıq-aşkar düşməninizdir.
Kerbelayi Malik ağa:
Heyvanlardan yük daşıyanlar və kəsim heyvanı olanlar var. Allahın sizə verdiyi ruzilərdən (kəsim heyvanlarından) yeyin. Şeytanın addımlarına tabe olmayın. Şübhəsiz ki, o, sizə açıq-aşkar düşməndir.
Ələsgər Musayev:
O – Odur ki, inşa etdi sizin üçün bağlar və bostanlar və dadları müxtəlif olan xurma və əkin məhsulları və bir – birinə bənzəyən və bənzəməyən zeytun və nar. Onda ki, yetişər məhsulundan yeyin və yığım vaxtı haqqını verin və israf etməyin. Həqiqətən, O israf edənləri sevməz!
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin dördayaqlılardan böyük və kiçik, yun və tük verən, minilən, yük daşıyan və yeyilən heyvanlar (yaratdı). Allahın ruzi olaraq sizə verdiyindən yeyin (və bəhrələnin) və (özünüzdən halal-haram qanunlar çıxarmaq və haram işlər görməklə) Şeytanın addımlarına tabe olmayın ki, həqiqətən o, sizin açıq-aşkar düşməninizdir.
Kövsər Tağıyev:
Yenə O, böyüklü-kiçikli heyvanları da var edəndir. Allahın sizə ruzi olaraq verdiyindən yeyin, şeytanın addımlarına uymayın. Çünki o, sizin üçün açıq-aşkar bir düşməndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Heyvanlardan isə - yük daşımaq, (yunundan, dərisindən) döşənəcək (kimi istifadə etmək) üçün (yaratdı). Allahın sizə verdiyi ruzidən yeyin və şeytanın izi ilə getməyin. Axı o, sizin açıq-aşkar düşməninizdir.
Sabirə Dünyamalıyeva:
Və O, heyvanlardan yük daşıyanları, döşək düzəldilənləri əmələ gətirəndir. Allahın sizə ruzi olaraq verdiyi şeylərdən yeyin. Şeytanın izi ilə getməyin. Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.