Əlixan Musayev:
Biz Musaya otuz gecəlik vədə verdik və buna on (gecə də) əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Camaatımın içərisində məni əvəz et, (onları) islah et və fəsad törədənlərin yoluna uyma!”
Bünyadov-Məmmədəliyev:
Musa ilə otuz gecə (oruc tutub dua edəcəyi, bunun müqabilində ona Tövratı nazil edəcəyimiz və özü ilə danışacağımız) barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin (ibadət üçün) təyin etdiyi müddət tam qırx gecə (gün) oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!”
Elmir Quliyev
:
Мы определили Мусе (Моисею) тридцать ночей и добавили к ним еще десять, и поэтому срок его Господа составил сорок ночей. Муса (Моисей) сказал своему брату Харуну (Аарону): "Оставайся вместо меня среди моего народа, поступай праведно и не следуй путем распространяющих нечестие".
Ələddin Sultanov:
Musa ilə otuz gecə (ibadət etməsi) barədə vədələşdik və on gecə də ona əlavə etdik. Beləcə Rəbbinin təyin etdiyi müddət qırx gecə oldu. Musa qardaşı Haruna: “Sən qövmüm içərisində mənim yerimə keçib (onları) islah et və fitnə-fəsad törədənlərin yolunu izləmə!” – dedi.
Kerbelayi Malik ağa:
Musaya (ə.s) otuz gecə vəd etdik və ona on gecə əlavə etdik. Beləcə onun Rəbbinin qərarlaşdırdığı zaman qırx gecə ilə tamamlandı. Musa (ə.s) qardaşı Haruna belə dedi: ‘Qövmüm içərisində mənə xələf ol (əvəz et) və islah et və müfsidlərin (fəsad çıxaranların) yoluna tabe olma.’
Ələsgər Musayev:
Musaya otuz gecəyə vədə verdik və on gecə ona əlavə etdik. Rəbbinin vədəsi qırx gecəyə tamam oldu. Dedi Musa qardaşı Haruna: «Sən qoumun içində mənim xəlifəm ol və islah et və tabe olma fəsadçıların yoluna!»
A.Mehdiyev və D.Cəfərli:
Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə(və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma».
Kövsər Tağıyev:
Musaya otuz gecəlik müddət təyin etdik, buna on (gecə də) əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi vaxt qırx gecəyə tamamlandı. Musa qardaşı Haruna: “Qövmüm arasında mənim yerimə keç və islah et. Fitnəkarların yoluna uyma”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Musa ilə otuz gecəliyə vədələşdik, sonra isə buna on (gecə) də əlavə etdik, beləliklə də onun Rəbbinin təyin etdiyi vaxt qırx gecədə tamam oldu. Musa öz qardaşı Haruna dedi: "Camaatımın içərisində məni əvəz et. Onları islah et və fitnə-fəsad törədənlərin yolu ilə getmə!"
Sabirə Dünyamalıyeva:
Və Musa ilə otuz gecəyə vədələşdik və müddəti bir on gecə ilə tamamladıq. Beləliklə, Rəbbinin təyin etdiyi vaxt tam qırx gecə oldu. Və Musa, qardaşı Haruna, "Qövmümüm içində mənim yerimə keç, islah et və fitnəçilərin yoluna uyma!" dedi.