Şüəra Surəsi 143. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
Elmir Quliyev :
Я являюсь посланником к вам, достойным доверия.
Ələddin Sultanov:
Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, mən sizin üçün əmin (etibarlı) bir rəsulam.
Ələsgər Musayev:
Mən sizin üçün əmin rəsulam!
A.Mehdiyev və D.Cəfərli:
«Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».
Kövsər Tağıyev:
“Mən sizə göndərilmiş güvəniləsi bir peyğəmbərəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, mən sizin üçün etibarlı bir peyğəmbərəm.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, mən sizin üçün etibar edilən bir elçiyəm.