Nisa Surəsi 145. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar sən onlara heç bir köməkçi tapa bilməzsən.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!
Elmir Quliyev :
Воистину, лицемеры окажутся на нижайшей ступени Огня, и ты не найдешь для них помощника,
Ələddin Sultanov:
Şübhəsiz, münafiqlər cəhənnəmin ən alt təbəqəsindədirlər. Artıq onlar üçün heç bir yardımçı tapa bilməzsən.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, münafiqlər atəşin ən aşağı təbəqəsindədirlər. Onlar üçün əsla bir yardımçı tapa bilməzsən.
Ələsgər Musayev:
Həqiqətən, münafiqlər yanar odun alt təbəqəsində olacaqlar tapa bilməzsən onlar üçün yardımçı!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər onlar üçün əsla bir yardımçı tapmayacaqsan.
Kövsər Tağıyev:
Şübhəsiz ki, münafiqlər cəhənnəm odunun ən aşağı təbəqəsindədirlər. Onlara heç bir yardımçı da tapa bilməzsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən münafiqlər cəhənnəm odunun ən aşağı qatındadırlar. Sən onlara bir kömək göstərən tapa bilməzsən.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, münafiqlər -tövbə edənlər, islah edənlər, Allahdan möhkəm yapışanlar dinlərini Allah üçün təmizləyən kəslər istisnadır;