Əlixan Musayev:
Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbr edənləri sevir.
Bünyadov-Məmmədəliyev:
Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər!
Elmir Quliyev
:
Сколько было пророков, рядом с которыми сражалось много набожных верующих! Они не пали духом оттого, что постигло их на пути Аллаха, не проявили слабости и не смирились. Ведь Аллах любит терпеливых.
Ələddin Sultanov:
Neçə-neçə peyğəmbər vardır ki, onunla bərabər çoxlu sayda dindar vuruşmuşdur. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə ruhdan düşmədilər, acizlik göstərmədilər və (kafirlərə) boyun əymədilər. Allah səbir edənləri sevər.
Kerbelayi Malik ağa:
Peyğəmbərlərdən neçələri var ki, onlarla birlikdə bir çox rabbanilər (elm, irfan sahibi mürşid) də savaşdı. Allah yolunda başlarına gələn şeylər (əzab və çətinliklər) səbəbiylə zəiflik göstərmədilər və boyun da əymədilər. Allah səbir edənləri sevər.
Ələsgər Musayev:
Nə qədər
nəbi, hansı ki, onunla birlikdə çoxlu rəbbanilər döyüşüblər,
Allah yolunda onlara yetişən çətinliyə görə ruhdan düşmədilər
və zəifləmədilər və tabe olmadılar. Və Allah sevir sabirliləri!
A.Mehdiyev və D.Cəfərli:
N? cox peyg?mb?rl?r ki, onlarla birlikd? coxlu ilahi s?xsiyy?tl?r vurusmuslar. Bel?likl? onlar Allah yolunda ducar olduqlar? sey muqabilind? sustl?s?r?k z?ifl?m?dil?r v? ?yil?r?k t?slim olmad?lar. Allah s?birlil?ri sevir.
Kövsər Tağıyev:
Neçə-neçə peyğəmbərlər var ki, onlarla birlikdə bir çox Allah dostu vuruşdu. Bunlar Allah yolunda başlarına gələnlərə görə ruhdan düşmədilər, zəiflik göstərmədilər, boyun əymədilər. Allah səbir edənləri sevər.
M.Qənioğlu və T.Bilaloğlu:
Neçə-neçə peyğəmbərlə birlikdə öz Rəbbinə sadiq olanlar (Allah yolunda) vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələndən zəifləməmiş, gücdən düşməmiş və (düşmənə) tabe olmamışlar. Allah səbr edənləri sevir.
Sabirə Dünyamalıyeva:
Neçə-neçə peyğəmbərlər də vardı ki, onlarla birlikdə bir çox Allah adamı döyüşmüşdü; Allah yolunda onlara üz verənlərdən süstləşmədilər, zəiflik göstərmədilər və boyun əymədilər. Və Allah səbr edənləri sevər.