Nisa Surəsi 146. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Tövbə edənlər, (əməllərini )islah edənlər, Allahdan möh-kəm yapışanlar öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar Allah qarşısında dinini (etiqadını) təmizləyənlər müstəsnadır. Çünki onlar möminlərə bərabərdirlər. Möminlərə isə Allah böyük mükafat verəcəkdir!
Elmir Quliyev :
если только они не раскаются и исправят содеянное, крепко ухватятся за Аллаха и очистят свою веру перед Ним. Такие окажутся вместе с верующими, а ведь Аллах одарит верующих великой наградой.
Ələddin Sultanov:
Ancaq tövbə edib özlərini islah edən, Allaha (Allahın dininə) sarılan Allah üçün dinlərini (ibadətlərini) ixlasla yerinə yetirən kimsələr istisnadır. Onlar möminlərlə bərabərdirlər. Allah möminlərə böyük mükafat verəcəkdir.
Kerbelayi Malik ağa:
Tövbə edənlər nəfsini islah edənlər , Allaha sarılanlar dinlərini Allah üçün xalis qılanlar istisna olmaqla. Onlar möminlərlə bərabərdirlər. Allah yaxında möminlərə ‘böyük əcr (mükafat)’ verəcək.
Ələsgər Musayev:
Ancaq o kəslərdən başqa ki, qayıdıb islah edirlər möhkəm yapışalar Allah ilə dinlərini xalis Allah üçün edirlər. Həmin onlar inananlarla birlikdədirlər əta edəcək Allah inananlara əzəmətli əcr!
A.Mehdiyev və D.Cəfərli:
Tövbə edib (öz vücudlarının cövhərindən əməllərindən xarab etdiklərini) düzəldənlər, Allahdan (və Onun kitabından) möhkəm yapışanlar dinlərini Allaha görə xalisləşdirənlər istisna olmaqla ki, onlar möminlərlə birgə olacaqlar. Tezliklə Allah möminlərə böyük bir mükafat verəcəkdir.
Kövsər Tağıyev:
Ancaq tövbə edənlər, özlərini düzəldənlər, Allahın kitabına sarılanlar dinlərini Allaha məxsus edənlər (ixlaslı olanlar) istisnadır. Bunlar möminlərlə bərabərdirlər. Allah möminlərə böyük bir mükafat verəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
Tövbə edərək düzələnlər, Allaha sığınanlar dini ancaq Allaha məxsus edənlər (burada) istisnadır. Onlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat bəxş edəcəkdir.
Sabirə Dünyamalıyeva:
bunlar, möminlərlə birgə olacaqlar Allah möminlərə böyük bir əvəz verəcək- Atəşin ən aşağı təbəqəsindədir. Sən onlara yardım edən birini tapa bilməzsən.