Əlixan Musayev:
Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri gör-sələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular”.
Bünyadov-Məmmədəliyev:
Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.
Elmir Quliyev
:
Я отвращу от Моих знамений тех, которые возгордились на земле без всякого права на то. Какое бы знамение они ни увидели, они не уверуют в него. Если они увидят правый путь, то не последуют этим путем, а если они увидят путь заблуждения, то последуют им. Это потому, что они сочли ложью Наши знамения и пренебрегли ими".
Ələddin Sultanov:
Yer üzündə haqsız yerə təkəbbürlənənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar hər cür möcüzəni görsələr də yenə ona inanmazlar. Doğru yolu görsələr, onu özləri üçün yol qəbul etməzlər. Ancaq azğınlıq yolunu görsələr, onu özləri üçün yol qəbul edərlər. Bu ona görədir ki, onlar ayələrimizi təkzib etdilər və onlardan qafil oldular.
Kerbelayi Malik ağa:
Yer üzündə haqsız yerə kibirlənən kəsləri, ayələrimizdən çevirəcəm. Bütün ayələri görsələr, ona inanmazlar. Əgər rüşd yolunu görsələr, onu özlərinə yol seçməzlər. Qayy yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu, onların ayələrimizi yalanlamaları və ondan qafil olmaları səbəbiylədir.
Ələsgər Musayev:
Mən o kəsləri ki, ərzdə qeyri haqq ilə təkəbbürlük edirlər, Öz ayətlərimdən uzaq edərəm. Əgər külli ayəti görələr, onun ilə inanmazlar və əgər rəşd yolu görələr, onu yol olaraq götürməzlər. Əgər azğınlıq yolu görələr, onu özlərinə yol götürərlər. Bu, ona görədir ki, yalan saydılar ayətlərimizlə Bizi və ondan qafil oldular.
A.Mehdiyev və D.Cəfərli:
Tezliklə yer üzündə nahaq yerə təkəbbürlük edən, hər hansı bir ayə və möcüzə görəndə iman gətirməyən, hidayət yolunu görəndə onunla getməyən və azğınlıq yolunu gördükdə isə onunla gedən kəsləri Öz ayələrimdən yayındıracağam (ayələrimlə mübarizə etmək qüdrətini onlardan alacağam). Bu (iş), onların Bizim ayə və nişanələrimizi təkzib etdiklərinə və onlardan (onları görməkdən) qafil olduqlarına görədir.
Kövsər Tağıyev:
Yer üzündə haqsız yerə kibrlənənləri ayələrimdən uzaqlaşdıracağam. (Onlar) hər bir ayəni görsələr də ona iman etməzlər. Doğru yolu görsələr, onunla getməzlər. Amma azğınlıq yolunu görsələr, (dərhal) ona yönələrlər. Bu, onların ayələrimizi yalan saymaları və hər zaman onlardan qafil olmaları səbəbi ilədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Haqsız olaraq yer üzündə təkəbbürlü olanları Mən Öz ayələrimdən yayındıracağam. Onlar hər hansı bir möcüzəni görsələr də ona inanmazlar, doğru yol gördükdə onu tutmazlar, azğınlıq yolu gördükdə isə ondan yapışarlar. Bu, ona görədir ki, onlar ayələrimizi yalan hesab edir və onlara etinasızlıq göstərirdilər.
Sabirə Dünyamalıyeva:
Yer üzündə, bütün ayələri görsələr də onlara iman gətirməyən, doğru yolu görsələr də o yolu tutub getməyən, azğınlıq yolunu görsələr o yolla gedən, haqsız yerə təkəbbür göstərən bu kəsləri, ayələrimizdən uzaqlaşdıracağam." -Bunun səbəbi, onların ayələrimizi təkzib etməkləri və onlar barəsində qəflətdə olmaqları; onlara diqqət yetirməmələri, məhəl qoymamalarıdır.