Əlixan Musayev:
Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı (bir yerə) toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Bünyadov-Məmmədəliyev:
Hər kəsin (hər ümmətin) üz tutduğu bir qibləsi vardır. (Ey müsəlmanlar!) Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi (qiyamətdə) bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!
Elmir Quliyev
:
У каждого есть сторона, куда он обращается лицом. Стремитесь же опередить друг друга в добрых делах. Где бы вы ни были, Аллах приведет всех вас вместе. Воистину, Аллах способен на всё.
Ələddin Sultanov:
Hər kəsin üz tutduğu bir istiqamət (qiblə) vardır. Elə isə, yaxşı işlər görməkdə yarışın! Harada olursunuz olun, (axirətdə) Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Kerbelayi Malik ağa:
(Ümmətlərin) hamısının üz tutduqları (yönəldikləri) bir istiqaməti vardır. Artıq xeyirlərdə yarışın. Harada olsanız olun, Allah sizin hamınızı bir araya gətirər. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
Ələsgər Musayev:
Küllisi üçün vəchi var hansı
ki, o, dönür ona. Çalışın xeyrata! Harada olasınız gətirəcək
sizi Allah cəmiyyən Həqiqətən, Allah üzərində külli şeyin
Qadirdir!
A.Mehdiyev və D.Cəfərli:
Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər (yəhudilər Beytül-Müqəddəsə, xristianlar şərqə, müsəlmanlar Kə’bəyə). Odur ki, (bu barədə mübahisə etməyin və) xeyir işlər istiqamətində bir-birinizi ötməyə çalışın. Harada olsanız, Allah (əməllərin əvəzini vermək üçün) sizin hamınızı (Məhşər səhnəsinə) gətirəcəkdir. Həqiqətən Allah hər şeyə qadirdir.
Kövsər Tağıyev:
Hər kəsin üz tutduğu bir yön var. Haydı, xeyirlərə tələsin, (xeyirdə) yarışın! Harada olsanız, Allah hamınızı bir yerə toplayar. Şübhəsiz ki, Allahın gücü hər şeyə haqqı ilə çatar.
M.Qənioğlu və T.Bilaloğlu:
Hər kəsin (ümmətin) üz tutduğu bir səmti (qibləsi) vardır. Xeyir işlər görməkdə bir-birinizi qabaqlamağa çalışın ! Harada olsanız da, (qiyamət günü) Allah hamınızı bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir !
Sabirə Dünyamalıyeva:
Və hər kəs üçün bir istiqamət vardır; hər kəs bir istiqamətə üz tutar. Ona görə, həmişə xeyirlərə tələsin, xeyir iş görməkdə bir-birinizi ötməyə çalışın/xeyirləri önə gətirin. Harada olsanız, Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı qadir olandır.