Əlixan Musayev:
(Kafirlərdən) soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?”
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: “Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?”
Elmir Quliyev
:
Спроси их, почему это у твоего Господа дочери, а у них — сыновья?
Ələddin Sultanov:
Onlardan: “Qızlar Rəbbinin, oğlanlar isə onlarındır, eləmi?” – deyə soruş.
Kerbelayi Malik ağa:
İndi onlardan fətva (açıqlama) istə: ‘Qızlar Rəbbinin, oğlanlar onlarındırmı?’
Ələsgər Musayev:
Ə, Bəəli çağırırsınız və xaliqlərin ən yaxşısını tərk edirsiniz,
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də onlardan (Məkkə müşriklərindən) soruş: «Qızlar sənin Rəbbinin, oğlanlar isə onlarındır?!
Kövsər Tağıyev:
Ey Muhamməd! Onlardan soruş: “Qız uşaqları Rəbbinin, oğlan uşaqları onlarındır?”
M.Qənioğlu və T.Bilaloğlu:
Sən bir onlardan soruş: "Məgər qızlar sənin Rəbbinin, oğlanlar isə onlarındır?"
Sabirə Dünyamalıyeva:
İndi soruş onlardan: Qız uşaqları Rəbbinin, oğlan uşaq onlarındırmı?