Əlixan Musayev:
(yenə də inanmayıb:) “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik”– deyərdilər.
Bünyadov-Məmmədəliyev:
“Gözümüz bağlanmış (xumarlanmış), biz sehrlənmişik (Muhəmməd bizi ovsunlayıb gözümüzü bağlamışdır)”, - deyərlər.
Elmir Quliyev
:
они непременно сказали бы: "Наши взоры затуманены, а сами мы околдованы".
Ələddin Sultanov:
Hökmən: “Sadəcə olaraq gözlərimiz bağlanmış, daha doğrusu, biz sehrlənmişik”, - deyərdilər.
Kerbelayi Malik ağa:
Mütləq: ‘Gözlərimiz bağlanmış, biz sehrlənmişik.’ demiş olacaqlar.
Ələsgər Musayev:
onda deyərdilər: «Baxışlarımız məst olub. Bəli,
biz sehrlənmiş qoumuq.
A.Mehdiyev və D.Cəfərli:
yenə də «həqiqətən bizim gözümüz bağlanmışdır, əslində biz cadu olunmuş (sehirlənmiş) bir dəstəyik» deyərdilər.
Kövsər Tağıyev:
yenə də: “Gözlərimiz bağlandı, biz yəqin ki, ovsunlanmış bir qövmük”, – deyərdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Gözlərimiz bağlanılıb, biz sehrlənmişik. - deyərlər.
Sabirə Dünyamalıyeva:
həqiqətən "Gözlərimiz çevrildi/bulandı. Əslində biz sehrlənmişik" deyəcəklər