Əlixan Musayev:
O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı.
Bünyadov-Məmmədəliyev:
(Allah yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və (istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı;
Elmir Quliyev
:
Он поместил на земле незыблемые горы, дабы она не колебалась вместе с вами, а также реки и дороги, дабы вы могли идти верным путем.
Ələddin Sultanov:
O, sizi yırğalamasın deyə, yer üzündə möhkəm dağlar, yolunuzu tapasınız deyə də, çaylar və yollar yaratdı.
Kerbelayi Malik ağa:
Sizinlə titrəməsin deyə (sizi silkələməməsi üçün) yer üzündə dağlar meydana gətirdi. Çaylar və yollar (meydana gətirdi). Beləliklə yolunuzu taparsınız.
Ələsgər Musayev:
O ərzdə möhkəm dayaqlar atdı, ondan ötrü ki, sizinlə
birlikdə çalxalanmasın və nəhrlər və yollar, ola ki, siz hidayət
olunasınız!
A.Mehdiyev və D.Cəfərli:
Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrəməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu).
Kövsər Tağıyev:
Sizi sarsıtmasın deyə yer üzündə möhkəm dağlar, yolunuzu tapasınız deyə də çaylar, yollar və neçə-neçə işarələr meydana gətirdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O, sizi titrətməsin deyə dağları yerə lövbər atdı. O, çaylar da və istədiyiniz yerə gedib çıxmanız üçün yollar da yaratdı.
Sabirə Dünyamalıyeva:
Və Allah sizə süfrə olsun deyə yerin içində sabit-möhkəm dağlar, çaylar və siz yönləndirildiyiniz doğru yolu tapa biləsiniz deyə yollar və daha neçə-neçə əlamətlər qoymuşdur.