Əlixan Musayev:
O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır.
Bünyadov-Məmmədəliyev:
O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!
Elmir Quliyev
:
Вы распространяете ложь своими языками и говорите своими устами то, о чем у вас нет никакого знания, и полагаете, что этот поступок незначителен, хотя перед Аллахом это — великий грех.
Ələddin Sultanov:
Çünki siz onu (iftiranı) dilə gətirir, bilmədiyiniz şeyləri danışır və bunun əhəmiyyətsiz olduğunu zənn edirdiniz. Halbuki o, Allah dərgahında böyük günahdır.
Kerbelayi Malik ağa:
Onu (böhtanı) bir-birinizin ağzından öyrənir və haqqında məlumatınız olmayan bir şeyi ağzınızla söyləyirdiniz. O, Allahın dərgahında böyük günah olduğu halda siz onu əhəmiyyətsiz sandınız.
Ələsgər Musayev:
Onda siz onu dilinizə gətirirdiniz və ağzınızla bir para sözlər deyirdiniz ki, ondan heç elminiz yox idi və hesab edirdiniz onu əhəmiyyətsiz və o, yanında Allah əzəmətlidir.
A.Mehdiyev və D.Cəfərli:
O zaman onu (həmin böhtanı) bir-birinizin ağızından götürür, barəsində məlumatınız olmayan şeyi dilinizlə deyir və onu asan sanırdınız. Halbuki o, Allah yanında böyük (günah) idi.
Kövsər Tağıyev:
O iftiranı dildən dilə dolaşdırır, haqqında heç bir şey bilmədiyiniz şeyləri ağzınıza alıb danışır və bunu önəmsiz bir iş olara görürdünüz. Halbuki bu, Allah qatında böyük bir günahdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz bunu [söz-söhbətləri] dilinizə gətirir, heç bir xəbəriniz olmadığı şeylər danışır və bunu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki o, Allah yanında böyük günahdır.
Sabirə Dünyamalıyeva:
O zaman siz bu böhtanı bir-birinizin ağzından alır və barəsində heç bir şey bilmədiyiniz bu uydurma xəbəri öz dillərinizlə deyirdiniz və bunun əhəmiyyətsiz bir şey olduğunu sanırsınız. Halbuki bu, Allah yanında çox böyükdür.