Furqan Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat dönüş yeri olaraq vəd edilən Əbədiyyət bağı?”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Onlara de: “Bu (cəhənnəm odu) yaxşıdır, yoxsa Allahdan qorxub pis əməllərdən çəkinənlərə bir mükafat sığınacaq olaraq vəd edilən Xüld cənnəti?”
Elmir Quliyev :
Скажи: "Это лучше или же Сад вечности, который обещан богобоязненным и будет им воздаянием и местом прибытия?"
Ələddin Sultanov:
De: “Bu daha yaxşıdır, yoxsa müttəqilərə vəd edilən əbədi cənnət? Ora onlar üçün bir mükafat dönüş yeridir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Bumu daha xeyirlidir, yoxsa müttəqilərə vəd edilən, onlar üçün bir mükafat dönüş yeri olan 'Cənnəti Huld' mu?’
Ələsgər Musayev:
De: «Ə, bu, xeyirlidir, yoxsa həmişəlik cənnət, hansı ki, vəd verilib müttəqilərə oldu onlar üçün mükafat qayıdış yeri?»
A.Mehdiyev və D.Cəfərli:
De: «O yaxşıdır, yoxsa təqvalılara (Allahın əzəli elmi Lövhi-Məhfuzda) mükafat qayıdış yeri olaraq vəd edilmiş əbədi Cənnət?!»
Kövsər Tağıyev:
De ki: “Bu, daha xeyirlidir, yoxsa Allaha qarşı gəlməkdən çəkinənlərə vəd olunan əbədi cənnət?” Ora onlar üçün bir mükafat gediləcək bir mənzildir.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Bumu daha yaxşıdır, yoxsa müttəqilərə vəd olunmuş mükafat sığınacaq olan əbədiyyət bağı?"
Sabirə Dünyamalıyeva:
De ki: "Əvəz gediləsi bir yer olaraq bu yaxşıdır, yoxsa Allahın mühafizəsi altına daxil olan şəxslərə vəd edilən əbədiyyət cənnəti?"