Əlixan Musayev:
(Allah) dedi: “Xeyr, (bu mümkün deyil)! İkiniz də möcüzələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.
Bünyadov-Məmmədəliyev:
(Allah) buyurdu: “Xeyr! (Firon səni əsla öldürə bilməz!) Hər ikiniz möcüzələrinizlə (Fironun yanına) gedin. Şübhəsiz ki, Biz də sizinlə birlikdə (Firon tayfasının nə dediyini) eşidəcəyik!
Elmir Quliyev
:
Аллах сказал: "Нет! Ступайте вдвоем с Моими знамениями. Мы будем вместе с вами и будем слушать.
Ələddin Sultanov:
Allah buyurdu: “Xeyr (səni öldürə bilməzlər)! Möcüzələrimizlə gedin! Şübhəsiz ki, Biz sizinləyik, hər şeyi eşidirik.
Kerbelayi Malik ağa:
(Allahu Təala): ‘Xeyr, haydı, ayələrimizlə (ikiniz birdən) gedin! Şübhəsiz ki, Biz sizinlə bərabər eşidənlərik.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Belə deyil! Gedin ikiniz Bizim ayətlərimizlə və həqiqətən, sizinlə birlikdə eşidəcəyik.
A.Mehdiyev və D.Cəfərli:
(Allah) buyurdu: «Belə deyil. Siz ikiniz də Bizim ayələrimizi aparın. Şübhəsiz, Biz sizinlə birgə (Fironun adamlarının nə dediklərini) eşidəcəyik!».
Kövsər Tağıyev:
Allah dedi ki: “Xeyr, qorxma! Möcüzələrimizlə gedin. Çünki biz sizinləyik, (hər şeyi) eşidirik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah dedi: “Əsla! Siz ikilikdə Bizim möcüzələrimizlə gedin. Biz sizinlə birgə (danışıqlannıza) qulaq asacağıq.
Sabirə Dünyamalıyeva:
Allah: “Tam yəqinliklə bil ki, sənin düşündüyün kimi deyil! Haydı, ikiniz əlamətlərimizlə/ nümunələrimizlə gedin. Şübhəsiz ki, Biz sizinlə bərabərik, eşidənlərik.