Əlixan Musayev:
Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”
Bünyadov-Məmmədəliyev:
Biz Davuda və Süleymana elm (insanlar arasında mübahisəli məsələləri həll edib ədalətli hökm çıxartmaq, quşların dilini bilmək və i. a.) verdik. Onlar dedilər: “Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”
Elmir Quliyev
:
Мы даровали знание Давуду (Давиду) и Сулейману (Соломону), и они сказали: "Хвала Аллаху, который предпочел нас многим из Своих верующих рабов".
Ələddin Sultanov:
Biz Davuda və Süleymana da elm verdik. Onlar: “Bizi mömin qullarının çoxundan üstün edən Allaha həmd olsun!” - dedilər.
Kerbelayi Malik ağa:
And olsun ki, Davuda (ə.s) və Süleymana (ə.s) elm verdik. (Onlar): ‘Mömin qullarının çoxundan bizi üstün edən Allaha həmd olsun.’ dedilər.
Ələsgər Musayev:
Əlbəttə, əta etdik Davuda və Süleymana elm. Dedi: «Həmd Allah üçündür – Odur ki, fəzilətli etdi bizi inanan bəndələrinin əksəriyyəti üzərində!»
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Biz Davuda və Süleymana bir elm verdik (şəriət, qəzavət, siyasət, sənət və quşların dilini başa düşmək elmi) və onlar dedilər: «Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!».
Kövsər Tağıyev:
And olsun, biz Davuda və Süleymana elm verdik. Onlar: “Bizi mömin qullarının bir çoxundan üstün tutan Allaha həmd olsun”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz Davuda və Süleymana bilik [vergi] verdik və onlar dedilər "Bizi Öz mömin bəndələrinin çoxundan üstün etmiş Allaha həmd olsun!"
Sabirə Dünyamalıyeva:
Və and olsun ki, Biz Davuda və Süleymana elm verdik. O ikisi də: "Bütün təriflər, bizi mömin bəndələrin bir çoxundan artıq edən Allaha məxsusdur!" dedilər.