Qəsəs Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, (haqq )(yoldan) azdıran açıq-aydın bir düşməndir!”– dedi.
Bünyadov-Məmmədəliyev:
(Musa) şəhərə əhalisi xəbərsizkən (günorta istirahət vaxtı) girdi. Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından (yəhudilərdən), digəri isə düşmənlərindən (qibtilərdən) idi. (Musanın) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü dedi: “Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, (insanı haqq yoldan) azdırandır!”
Elmir Quliyev :
Войдя в город, когда его жители были невнимательны, он встретил двух мужчин, которые дрались друг с другом. Один был из числа его сторонников, а другой был из числа его врагов. Тот, кто был из числа его сторонников, попросил его помочь ему против того, кто был из числа его врагов. Муса (Моисей) ударил его кулаком и прикончил. Он сказал: "Это одно из деяний дьявола. Воистину, он является явным врагом, вводящим в заблуждение".
Ələddin Sultanov:
Musa əhalisinin xəbəri olmadan şəhərə daxil oldu. Orada biri öz tayfasından, digəri isə düşmən tayfadan olan iki nəfərin döyüşdüyünü gördü. Öz tayfasından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Musa da yumruq vurub onu (düşmən tayfadan olanı) öldürdü. Musa: “Bu, şeytan əməlidir. Həqiqətən, o, zəlalətə sürükləyən açıq-aydın bir düşməndir!” - dedi.
Kerbelayi Malik ağa:
(Hz. Musa, özünə hikmət verilmədən əvvəl) şəhər xalqı xəbərsiz olduğu bir zamanda şəhərə daxil oldu. Orada döyüşən iki adam gördü. Biri öz tərəfindən, digəri Ona düşmən tərəfdən idi. O zaman onun (Musanın (ə.s) tərəfindən olan düşməninə qarşı Ondan kömək istədi. Bunun üzərinə Musa (ə.s) onu vurub öldürdü. Beləcə (ölüm) hökmü yerinə yetirildi. Musa (ə.s): ‘Bu şeytanın əməlidir. Şübhəsiz ki o, açıq-aşkar dəlalətə düşürən bir düşməndir.’ dedi.
Ələsgər Musayev:
Daxil oldu s?h?r? onun ?hli q?fl?td? olark?n. Rast g?ldi orada iki doyus?n kisiy? biri onun si?sind?n v? o biri is? dusm?nl?rind?n idi. Cag?rd? onu o k?s ki, onun si?sind?n idi, o k?s? qars? ki, dusm?n idi. Musa yumrugu il? vurdu onu v? o, h?lak oldu. Dedi: «Bu, seytan ?m?lind?ndir. H?qiq?t?n, o, askar z?lal?t? salan dusm?ndir!»
A.Mehdiyev və D.Cəfərli:
(Musa Fironun qəsrindən) şəhərə əhalisi xəbərsizkən (istirahət vaxtı) daxil oldu. İki nəfərin bir-birilə vuruşduğunu gördü. Biri onun tərəfdarlarından idi, o biri düşmənlərindən. Tərəfdarlarından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Belə olduqda Musa bir yumruq vuraraq onu öldürdü, dedi: «Bu (dava) Şeytan əməlindəndir, həqiqətən, (Şeytan insanı) açıq-aşkar zəlalətə salan bir düşməndir».
Kövsər Tağıyev:
Musa əhalinin xəbər tuta bilməyəcəyi bir vaxtda şəhərə daxil oldu. Orada dalaşan iki adam gördü. Onlardan biri öz adamlarından, digəri isə düşmən tərəfin adamlarından idi. Özü tərəfdən olan adam düşmən tərəfdən olana qarşı ondan kömək istədi. Musa bir yumruq vurub onu öldürdü. Musa: “Bu, şeytanın işidir. O, həqiqətən, açıq-aşkar sapdıran bir düşməndir”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Şəhər əhli xəbərsiz ikən Musa şəhərə daxil oldu orada bir-birilə vuruşan iki adam gördü. Biri onun tərəfdarlarından [İsrail övladlarından], o biri isə düşmənlərindən [qibtilərdən] idi. Onun tərəfdarı onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü dedi: "Mənim bu işim şeytan əməlidir. Axı o, yoldan çıxaran aşkar bir düşməndir."
Sabirə Dünyamalıyeva:
Musa, şəhər əhalisinin bilmədiyi bir anda şəhərə daxil oldu. Sonra orada, biri öz tərəfindən, digəri düşmən tərəfdən, bir-birini öldürməyə çalışan iki adam gördü. Sonra öz tərəfindən olan, düşmənə qarşı Musadan kömək dilədi. Musa da o birinə dərhal bir yumruq vurdu, o da dərhal öldü. Musa, "Bu, şeytanın əməllərindəndir, şübhəsiz o, yoldan çıxaran, açıq-aşkar bir düşməndir" dedi.