Əlixan Musayev:
Biz onu və gəmidə olanları xilas edib bu möcüzə ilə aləmlərə ibrət dərsi verdik.
Bünyadov-Məmmədəliyev:
Biz onu (Nuhu) və onunla birlikdə gəmidə olanları (tufan bəlasından) qurtardıq və bunu (bu hadisəni) aləmlərə (insanlara, sonrakı nəsillərə) bir ibrət etdik.
Elmir Quliyev
:
Мы спасли его вместе с теми, кто был в ковчеге, и сделали его (ковчег или чудесное спасение) знамением для миров.
Ələddin Sultanov:
Beləcə, Nuhu və gəmidəkiləri qurtardıq və bu gəmini aləmlərə bir ibrət etdik.
Kerbelayi Malik ağa:
Beləcə onu və gəmi əhlini qurtardıq. Onu aləmlərə ayə (ibrət) etdik.
Ələsgər Musayev:
Biz nicat verdik ona və gəmi əshabına və etdik onu aləmlər üçün ayət.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə Biz ona və gəmi əhlinə nicat verdik və onu (o hadisəni, yaxud o gəmini) aləmlər üçün (Öz qüdrət və qəzəbimizə dair) bir nişanə (ibrət) etdik.
Kövsər Tağıyev:
Biz də onu (Nuhu) və gəmidə olanları xilas etdik və bunu aləmlərə bir ibrət etdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu və gəmidə olanları xilas etdik və bunu aləmlər üçün bir ibrət etdik.
Sabirə Dünyamalıyeva:
Beləliklə Biz, Onu və gəmidə olanları xilas etdik və gəmini/cəzanı/qurtuluşu aləmlərə bir işarət/nişan etdik.