Ali-İmran Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr Allahın rizası vardır”. Allah qullarını görür.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr (ən böyük nemət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!
Elmir Quliyev :
Скажи: "Рассказать ли вам о том, что лучше этого? Для тех, кто богобоязнен, у Господа есть Райские сады, в которых текут реки, и в которых они пребудут вечно, а также очищенные супруги и довольство от Аллаха". Аллах видит рабов,
Ələddin Sultanov:
(Ey peyğəmbər!) De ki: “Sizə bunlardan daha yaxşısını xəbər verimmi? (Allahdan qorxub pis əməllərdən) çəkinənlər üçün Rəbbi yanında, altından çaylar axan içində əbədi qalacaqları cənnətlər, pak zövcələr Allahın razılığı vardır. Allah bəndələrini görəndir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Sizə bundan daha xeyirlisini xəbər verimmi? Təqva sahibi olanlar üçün Rəbblərinin dərgahında içində davamlı qalacaqları, altından çaylar axan cənnətlər, təmiz zövcələr Allahın rizası vardır.’ Allah qullarını ən yaxşı görəndir.
Ələsgər Musayev:
De: «Ə, xəbər verimmi sizə xeyirlisi ilə bundan? O kəslər üçün ki, təqvalıdırlar, var Rəbləri yanında bağlar– cari olur altından onun nəhrlər, hansı ki, orada həmişəlikdirlər pak zövclər razılıq Allahdan Allah Bəsirdir bəndələri ilə!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Siz? bunlardan da xeyirlisini x?b?r verimmi? T?qval?lar ucun R?bbi yan?nda (evl?rinin v? agaclar?n?n) alt?ndan caylar axan c?nn?tl?r vard?r ki, orada ?b?didirl?r. H?mcinin (orada cismi v? ruhi cirkinlikl?rd?n) pak olan zovc?l?r v? Allah t?r?find?n raz?l?q vard?r. Allah Oz b?nd?l?rini gor?ndir».
Kövsər Tağıyev:
De ki: “Sizə onlardan daha xeyirlisini xəbər verimmi? Allaha qarşı gəlməkdən çəkinənlər üçün Rəbləri qatında içindən çaylar axan, içində əbədi qalacaqları cənnətlər, pak zövcələr Allahın rizası var”. Allah qullarını haqqı ilə görəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi ? Allahdan qorxanlar üçün öz Rəbbi dərgahında dibindən çaylar axan, orada əbədi qalacaqları, pak zövcələr Allahın rizası olan cənnət bağları vardır. Allah bəndələri görür
Sabirə Dünyamalıyeva:
De ki: "Sizə bundan daha xeyirli olanı xəbər verimmi? Allahın mühafizəsi altına daxil olan; içində əbədi qalacaqları, altından çaylar axan cənnətlət, pak zövcələr Allahın razılığı vardır. Allah, qulları ən yaxşı görəndir.