Əlixan Musayev:
Baxmayaraq ki, onlar bundan əvvəl (cihaddan) boyun qaçırmayacaqlarına dair Allaha söz vermişdilər. Onlar Allaha verdikləri sözə görə sorğu-sual olunacaqlar.
Bünyadov-Məmmədəliyev:
Halbuki bundan əvvəl (Ühüd vuruşundan sonra) bir daha (düşməndən) üz çevirib qaçmayacaqları barədə Allaha söz vermişdilər. Allaha verilən əhd barəsində (qiyamət günü) mütləq sorğu-sual olunacaqdır!
Elmir Quliyev
:
А ведь прежде они заключили завет с Аллахом о том, что не обратятся вспять. О завете с Аллахом они будут спрошены.
Ələddin Sultanov:
Halbuki onlar daha əvvəl (düşmənə) arxalarını çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilən sözün məsuliyyəti vardır.
Kerbelayi Malik ağa:
And olsun ki, onlar daha əvvəl geri dönüb qaçmayacaqlarına dair Allaha əhd vermişdilər. Allahın əhdi bir məsuliyyətdir.
Ələsgər Musayev:
Əlbəttə, bundan qabaq onlar Allahla əhd bağladılar ki,
arxa çevirməyəcəklər. Allahla bağlanan əhd sual olunacaq!
A.Mehdiyev və D.Cəfərli:
Halbuki, onlar bundan öncə (İslamı qəbul etdikləri andan döyüşdə düşmənə) arxa çevirməyəcəkləri haqda Allahla əhd-peyman bağlamışdılar. Allahın əhd-peymanı barədə mütləq sorğu-sual olunar.
Kövsər Tağıyev:
And olsun, onlar daha əvvəl geri dönüb qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilən sözün isə bir məsuliyyəti var.
M.Qənioğlu və T.Bilaloğlu:
Halbuki onlar bundan əvvəl (döyüş meydanından) qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilmiş əhd barəsində isə sorğu- sual olunacaqdır.
Sabirə Dünyamalıyeva:
Və heç şübhəsiz ki, onlar bundan əvvəl, arxalarını çevirib qaçmayacaqları barədə Allaha and içərək 'möhkəm söz' vermişdilər. Və Allahın əhdinin/Allaha verilən sözlərin məsuliyyəti.