Əlixan Musayev:
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir.
Bünyadov-Məmmədəliyev:
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)
Elmir Quliyev
:
О люди! Вы нуждаетесь в Аллахе, тогда как Аллах — Богатый, Достохвальный.
Ələddin Sultanov:
Ey insanlar! Allaha möhtac olan sizsiniz. Allah isə heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir.
Kerbelayi Malik ağa:
Ey insanlar! Sizlər Allaha möhtacsınız. Allah Ğanidir (zəngin, ehtiyacı olmayan), Həmiddir.
Ələsgər Musayev:
Ay insanlar! Siz fəqirlərsiniz tərəfinə
Allahın və Allah isə Qənidir, Həmiddir!
A.Mehdiyev və D.Cəfərli:
Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun) sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil).
Kövsər Tağıyev:
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə hər baxımdan sonsuz zəngin olandır, haqqı ilə tərifə layiq olandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey insanlar, siz Allaha möhtacsınız, Allah isə ehtiyacsız olandır, tərifəlayiq olandır.
Sabirə Dünyamalıyeva:
Ey insanlar! Allaha möhtac olanlar sizlərsiniz. Allah isə varlı və tərifə layiq olandır.