Sad Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar təkcə olaraq, qarşısıalınmaz bir tükürpədici səsi gözləyirlər.
Bünyadov-Məmmədəliyev:
Bunlar (Məkkə müşrikləri) yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin suru bircə dəfə üfürməsinə) bənddirlər. (Surun çalınması vaxtı gəlib çatdıqda isə) o, bir an belə gecikməz!
Elmir Quliyev :
Им нечего ждать, кроме одного лишь гласа, для которого нет возврата.
Ələddin Sultanov:
Bunlar yalnız bir an belə gecikməyəcək o qorxunc səsi gözləyirlər.
Kerbelayi Malik ağa:
Bunlar özləri üçün başqa heç bir fürsətin olmayacağı, çox şiddətli səs dalğasından başqa bir şey gözləmirlər.
Ələsgər Musayev:
Həqiqətən, Bizim əsgərlərimiz qaliblərdir.
A.Mehdiyev və D.Cəfərli:
Bunlar (Məkkə kafirləri), yalnız, barəsində heç bir möhlət təxir olmayan bir bağırtını gözləyirlər.
Kövsər Tağıyev:
Onlardan əvvəl Nuh qövmü, Ad qövmü, dirəklər sahibi Firon, Səmud qövmü, Lut qövmü Eykə xalqı da peyğəmbərləri inkar etmişdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar tükürpədici bircə hayqırtıdan başqa bir şey gözləyə bilməzlər, bu, geri dönməz bir hayqırtı olacaqdır.
Sabirə Dünyamalıyeva:
bunlar, bir göz qırpımı qədər belə gecikməyən bir harayı gözləyirlər sadəcə.