Nisa Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Zinakarlıq edən qadınlarınıza qarşı özünüzdən dörd şahid çağırın! Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək yaxud Allah onlar üçün bir yol açanadək evlərindən bayıra buraxmayın.
Bünyadov-Məmmədəliyev:
Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan (möminlərdən) dörd şahid tutun! Əgər onlar (bu işə) şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!
Elmir Quliyev :
Против тех из ваших женщин, которые совершат мерзкий поступок (прелюбодеяние), призовите в свидетели четырех из вас. Если они засвидетельствуют это, то держите их в домах, пока смерть не покончит с ними или пока Аллах не установит для них иной путь.
Ələddin Sultanov:
Qadınlarınızdan zina edənlərə qarşı aranızdan dörd şahid gətirin! Əgər onlar şahidlik edərlərsə, onları (həmin qadınları) ölümləri çatana qədər, yaxud Allah onlar üçün bir yol açana qədər evlərdə həbs edin.
Kerbelayi Malik ağa:
Qadınlarınızdan zina etmiş olanlara (onların əleyhinə) sizdən dörd nəfər şahid istəyin. Əgər şahidlik etsələr, o təqdirdə artıq onlara ölüm gələnə qədər ya onlar üçün Allah bir yol göstərənə qədər evlərin içində tutub saxlayın.
Ələsgər Musayev:
Hansı ki, fahişəlik etdilər qadınlarınızdan, götürün onların əleyhinə dörd şahid özünüzdən. əgər şəhadət verdilər onda onları saxlayın evlərdə, ta ölümləri çatana qədər ya Allah onlar üçün bir yol qərar verənədək.
A.Mehdiyev və D.Cəfərli:
(Ey İslam hakimiləri,) qadınlarınızdan çirkin əmələ (zinaya ya müsahiqəyə) mürtəkib olanlara qarşı (bu töhməti vuran şəxsin vasitəsi ilə) özünüzdən (möminlərdən) dörd kişinin şahidlik etməsini istəyin. Beləliklə əgər şəhadət versələr, onları (bu əməlin cəzası olaraq əbədi həbs kimi) ölüm yetişərək onların canını alana ya Allah onlar üçün (başqa) bir yol açana qədər evlərdə saxlayın. (Bu hökm İslamın ilkin çağlarında mövcud olub. Sonralar digər bir yol kimi onlara zina üçün müəyyənləşdirilmiş cəza növünün icra olunması göstərilib.)
Kövsər Tağıyev:
Qadınlarınızdan əxlaqsız görənlərə (zina edənlərə) qarşı aranızdan dörd şahid gətirin. Əgər onlar şahidlik etsələr, o qadınları ölənə qədər ya Allah onlar haqqında bir yol açana qədər evlərdə saxlayın (evdən çıxmağa qoymayın).
M.Qənioğlu və T.Bilaloğlu:
Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan dörd nəfər şahid tutun. Əgər bunlar şahidlik etsələr, onda onları [qadınları] ölənə qədər ya Allah onlara bir yol açana qədər tutub evlərdə saxlayın.
Sabirə Dünyamalıyeva:
Qadınlarınızdan həddi aşanlara/cinsi pozğunluq edənlərə qarşı, öz tərəfinizdən onların əleyhinə dərhal dörd şahid gətirin; əgər onlar şahidlik etsələr, artıq o qadınları, bu zillət, cahillik, düşkünlük, çətinlikli, bədbəxt hal, özlərini üst mərtəbəyə ulaştırana, şərəfli, yüksək, üstün əxlaq sahibi edənə qədər yaxud da Allah onlara bir yol açana qədər evlərdə saxlayın.