Şura Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Buna görə sən (tövhidə) dəvət et sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim Rəbbimiz, sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş yalnız Onadır”.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Buna görə sən (xalqı tövhid dininə) dəvət et sənə əmr edildiyi kimi (bu yolda) səbatlı ol. Onların (müşriklərin) nəfslərindən gələn istəklərə uyma de: “Mən Allahın nazil etdiyi kitaba (bütün ilahi kitablara) inandım. Mənə sizin aranızda ədalətlə hökm etmək (ədalətli olmaq) əmr olunmuşdur. Allah bizim Rəbbimizdir, sizin Rəbbiniz. Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə aiddir (hərə öz əməlinə cavabdehdir). Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur (bizim haqlı olduğumuz göz qabağındadır). Allah (qiyamət günü) hamımızı bir yerə toplayacaqdır. Axır dönüş yalnız Onadır!”
Elmir Quliyev :
Посему проповедуй и следуй прямым путем, как тебе было велено. Не потакай их желаниям и говори: уверовал в то, что Аллах ниспослал из Писания, и мне велено относиться к вам справедливо. Аллах наш Господь и ваш Господь. Нам достанутся наши деяния, а вам ваши деяния. Нет места доводам (дальнейшим спорам) между нами и вами. Аллах соберет всех нас, и к Нему предстоит прибытие".
Ələddin Sultanov:
Ona görə sən (haqqa) dəvət et əmr olunduğun kimi doğru yolda ol! Onların nəfslərinin arzularına uyma de ki: “Mən Allahın nazil etdiyi kitaba iman gətirmişəm. Mənə sizin aranızda ədalətlə hökm verməyim əmr olunmuşdur. Allah bizim də, sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə məxsusdur. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah bizi (aramızda hökm vermək üçün) bir yerə toplayacaqdır. Axır dönüş Onadır”.
Kerbelayi Malik ağa:
Buna görə artıq sən onları dəvət et. Əmr olunduğun kimi istiqamət üzrə ol. Onların nəfsinin istəyinə tabe olma. Onlara de ki: ‘Allahın kitabdan nazil etdiyinə iman etdim. Sizin aranızda ədalətli olmaqla əmr olundum. Allah sizin Rəbbiniz, bizim Rəbbimizdir. Bizim əməlimiz bizə, sizin əməliniz sizədir. Sizinlə bizim aramızda bir höccət (mübahisə) yoxdur. Allah bizi bir yerə toplayacaq. Dönüş Ona (Allahadır).’
Ələsgər Musayev:
Buna görə dəvət edərək çağır ayağa qalx qədər sənə əmr olunub tabe olma onların havayı istəklərinə de: «Mən inandım ilə nazil edib Allah kitabdan mənə əmr olunub ədalətli olum sizin aranızda! Allah bizim Rəbbimizdir sizin Rəbbinizdir. Bizim üçün bizim əməlimiz sizin üçün sizin əməliniz. Yoxdur hüccət bizim aramızda sizin aranızda. Allah cəm edəcək bizim aramızda Onun tərəfinədir qayıdış.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə (insanları) ona (həmin şəriətə) tərəf dəvət et, sənə əmr olunduğu kimi səbatlı ol, onların (kafir müşriklərin) nəfsi istəklərinə tabe olma de: «Allahın nazil etdiyi bütün kitablara iman gətirdim mənə sizin aranızda ədalətli davranmaq əmr olunmuşdur. Allah bizim sizin Rəbbinizdir. Bizim əməllərimiz(in nəticəsi) bizə, sizin əməlləriniz özünüzə məxsusdur. Artıq (həqiqətlər aydınlaşdıqdan sizin inadkarlığınız aşkar olduqdan sonra) bizimlə sizin aranızda mübahisə (etməyə) dəlil (gətirməy)ə (ehtiyac) yoxdur. Allah (Qiyamət günü) bizim hamımızı bir yerə toplayacaqdır hamının qayıdışı Ona tərəfdir.»
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Buna görə sən dəvətə davam et əmr olunduğun kimi doğru ol. Onların arzu istəklərinə uyma belə de: “Mən Allahın endirdiyi hər kitaba inandım aranızda ədaləti bərqərar etməklə əmr olundum. Allah bizim Rəbbimiz, sizin Rəbbinizdir. Bizim etdiklərimiz bizə, sizin etdikləriniz sizədir. (Artıq) Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Allah hamımızı bir yerə toplayacaq. Qayıdış ancaq Onadır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ona görə sən (haqqa) dəvət et, sənə buyrulduğu kimi düz yolla get onların həva-həvəslərinə uyma. De: "Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli (hakim) olmaq əmr olunmuşdur. Allah bizim Rəbbimiz, sizin Rəbbinizdir. Bizim əməllərimiz özümüz üçün, sizin əməlləriniz özünüz üçündür. Bizimlə sizin aranızda heç bir mübahisəli məsələ yoxdur. Allah bizi bir yerə toplayacaqdır ancaq Onadır qayıdış!"
Sabirə Dünyamalıyeva:
Bax budur, bunun üçün sən dəvət et sənə əmr edildiyi kimi, dosdoğru ol. Onların boş, dünyəvi arzularına uyma de ki: “Mən, Allahın kitabdan endirdiyinə inandım mənə aranızda ədaləti həyata keçirmək vəzifəsi əmr olundu. Allah bizim Rəbbimizdir, sizin Rəbbinizdir. Bizim etdiklərimiz yalnız yalnız bizə, sizin etdikləriniz yalnız yalnız sizə aiddir. Sizinlə bizim aramızda heç bir dəlilə yer yoxdur. Allah bizi bir araya toplayacaqdır. Dönüş yalnız Onadır.