Zuxruf Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Müşriklər) (Allahın) qullarından bəzisini Onun bir hissəsi qəbul etdilər (Ona övladlar şəriklər qoşdular). Həqiqətən, insan açıq-aydın nankordur.
Bünyadov-Məmmədəliyev:
Amma (müşriklər mələklər Allahın qızlarıdır deyə) Ona Öz bəndələrindən övlad isnad etdilər. Həqiqətən, insan (Allahın nemətlərinə) açıq-aşkar naşükürdür!
Elmir Quliyev :
Они (многобожники) сделали некоторых из Его рабов частью Его (приписали Ему детей и сотоварищей). Воистину, человек явно неблагодарен.
Ələddin Sultanov:
Onlar isə Allahın qullarından bir qismini Onun bir hissəsi kimi qəbul etdilər. Həqiqətən, insan açıq-aşkar nankordur. (Bu ayədə bəzi yəhudilərin Üzeyri, xristianların da İsanı Allahın oğlu hesab etdiklərinə, həmçinin müşriklərin mələkləri Allahın qızları kimi qəbul etdiklərinə işarə edilir.)
Kerbelayi Malik ağa:
Ona qullarından bir qismini isnad etdilər. Şübhəsiz ki, insan mütləq açıq-aşkar inkaredicidir.
Ələsgər Musayev:
Etdilər Onun üçün Onun bəndələrindən cüz. Həqiqətən, insan kafirdir aşkar!
A.Mehdiyev və D.Cəfərli:
(müşriklər) bəndələrindən Allaha hissə (atadan ayrılmış bir hissə olan övlad) nisbət verdilər (mələkləri Onun qızları adlandırdılar). Doğrudan da insan çox küfr edən aşkar nankordur.
Kövsər Tağıyev:
Bu halda (“mələklər Allahın qızlarıdır” deyərək) qullarından bir qismini onun parçası saydılar. Şübhəsiz, insan açıq-aşkar nankordur.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar [müşriklər] Onun bəndələrindən bəzisini (Ona övlad sayaraq) Onun bir hissəsi hesab etdilər. Həqiqətən, insan açıq-aşkar naşükürdür!
Sabirə Dünyamalıyeva:
onlar, Ona Öz qullarından bir parça isnad etdilər. Şübhəsiz ki, insan həqiqətən açıq-aydın nankordur.