Əlixan Musayev:
Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (bətndə )daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”
Bünyadov-Məmmədəliyev:
Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən (günahlardan) Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam! (Özümü cani-dildən Allaha təslim edənlərdənəm!)”
Elmir Quliyev
:
Мы заповедали человеку делать добро его родителям. Матери тяжело носить его и рожать его, а беременность и кормление до отнятия его от груди продолжаются тридцать месяцев. Когда же он достигает зрелого возраста и достигает сорока лет, то говорит: "Господи! Внуши мне благодарность за милость, которой Ты облагодетельствовал меня и моих родителей, и помоги мне совершать праведные деяния, которыми Ты доволен. Сделай для меня моих потомков праведниками. Я раскаиваюсь перед Тобой. Воистину, я — один из мусульман".
Ələddin Sultanov:
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər: “Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam”.
Kerbelayi Malik ağa:
İnsana ana və atasına ən gözəl şəkildə davranmasını vəsiyyət etdik. Anası onu (bətnində) çətinliklə daşıdı və onu çətinliklə doğdu. Onun daşınması və süddən kəsilməsi 30 aydır. Nəhayət yetkinlik çağına gəldiyi zaman 40 yaşını tamamladı. Belə dedi: ‘Rəbbim! Mənə ana və atama verdiyin nemətlərə şükür etməkdə, Sənin razı olduğun saleh əməl (nəfsi islahedici əməl) etməkdə məni müvəffəqiyyətli et. Nəslimi islah et. Şübhəsiz ki, mən Sənə tövbə etdim və şübhəsiz ki, mən təslim olanlardanam’.
Ələsgər Musayev:
Biz vəsiyyət etdik insana valideynləri ilə yaxşılıq.
Hamiləlik yükünü anası çətinliklə aparıb və çətinliklə
doğmuşdur. Hamiləlik və süd vermə dövranı otuz şəhrdir. Ta
onda ki, yetişdi möhkəm bir yetginlik halına və yetişdi qırx
yaşına, dedi: «Rəbbim, öyrət mənə, Sənin nemətinin şükrünü
yerinə yetirim, hansı ki, nemət vermisən mənim üzərimə və
üzərinə valideynlərimin və ona görə ki, əməli islahat olum, Sən
ondan razı qalasan və islah et mənim üçün zürriyyətimdə! Mən
qayıtdım Sənə tərəf və mən təslim olanlardanam!»
A.Mehdiyev və D.Cəfərli:
Biz insana ata-anasına (xüsusilə anaya) yaxşılıq etməsini tövsiyə etdik. Çünki anası onu(n vücud yükünü) çətinliklə daşıyıb və əziyyətlə yerə qoyub. Onun (ana bətnində) daşınması və süddən ayrılması (ana bətnində qalması ilə süd əmmə müddəti üst-üstə) otuz aydır (ki, bu ən qısa hamiləlik müddəti olan altı ay ilə ən çox süd vermək müddəti yəni iki ilin cəmidir və yaxud ən çox hamiləlik müddəti olan bir il ilə ən az süd vermək müddəti on səkkiz ayın hasilidir). Nəhayət o, öz (cisim və ağıl) qüvvəsinin kamal həddinə və qırx yaşına çatanda deyər: «Ey Rəbbim! Məni ilhamlandır və müvəffəq et ki, mənə və ata-anama verdiyin nemətin şükrünü yerinə yetirim və Sənin razı qaldığın saleh əməllər edim. Və övladlarımı mənim üçün əməlisaleh (övlad) et. Mən Sənə tərəf qayıtdım və şübhəsiz, təslim olanlardanam.» (Ayə əməlisaleh mömin insan barəsindədir.)
Kövsər Tağıyev:
Biz insana ata-anası ilə yaxşı rəftar etməyi əmr etdik. Anası onu nə zəhmətlə qarnında daşıdı və nə zəhmətlə doğdu! Onun (ana bətnində) daşınması və süddən kəsilmə müddəti (cəmi) otuz aydır. Nəhayət, yetkinlik dövrünə çatıb qırx yaşına yetişdikdə belə deyər: “Mənə və ata-anama verdiyin nemətlərə şükür etməyimi, sənin razı qalacağın saleh əməl işləməyimi mənə ilham et. Nəslimi də saleh kimsələr et. Şübhəsiz, mən sənə yönəldim. Həqiqətən, mən sənə təslim olanlardanam”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz insana öz ata-anası ilə yaxşı davranmaq tövsiyə etdik. Anası onu zəhmətlə (bətnində) gəzdirir və zəhmətlə doğur. Onun (bətndə) gəzdirilməsi ilə süddən ayrılma müddəti otuz aydır. O, yetkinliyə və qırx yaşına çatanda isə deyər: "Rəbbim, mənə və valideynlərimə etdiyin yaxşılığına görə şükr etməyi, Səni razı salacaq düz əməllər tutmağı mənə təlqin et, övladlarımı da mənim üçün əməlisaleh et! Mən Sənə tövbə etdim və mən müsəlmanlardanam [Allaha təslim olanlardanam]."
Sabirə Dünyamalıyeva:
Və Biz insana, ana və atasına yaxşılıq-gözəllik etməyi öhdəlik olaraq tapşırdıq. Anası onu əziyyətlə daşımış və əziyyətlə yerə qoymuş/doğmuşdur. Və onun daşınması və ayrılması otuz aydır. Nəhayət insan, yetkinlik çağına çatdıqda və qırx ilə yetişdikdə: "Ey Rəbbim! Mənə və anama-atama ehsan etdiyin nemətlərin əvəzini verməyi və Sənin razı qalacağın yaxşı əməllər işləməyi mənə qismət et. Mənim üçün nəslimin içində düzəlişlər et/saleh kəslər ver. Şübhəsiz ki, mən Sənə yönəldim. Və mən, şübhəsiz, müsəlmanlardanam" dedi.