Əlixan Musayev:
Məgər Biz ilk yaradılışdan zəiflədikmi? Xeyr! Onlar yeni yaradılış olan (dirilmə) barəsində şübhə içindədirlər.
Bünyadov-Məmmədəliyev:
Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü ölüləri diriltməkdən aciz qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər!
Elmir Quliyev
:
Разве Мы изнемогли после первого сотворения? Но они сомневаются в новом сотворении (воскрешении).
Ələddin Sultanov:
Biz ilk dəfə yaratmaqdan aciz qaldıqmı?! Xeyr! Onlar yenidən yaratma barəsində şübhə içindədirlər.
Kerbelayi Malik ağa:
Yoxsa Biz ilk yaradışda aciz idikmi? Xeyr (elə deyil), onlar (ölümdən sonra) yeni yaradılışdan şübhə içindədirlər.
Ələsgər Musayev:
Ə, Biz əvvəlki xəlq etmədən aciz olub yorulduq? Bəli! Onlar
yeni xəlq olunmadan şübhədədirlər.
A.Mehdiyev və D.Cəfərli:
Məgər Biz (varlıq aləminin) ilk yaradılış(ın)da aciz qalmışıq (ki, onların yenidən qaytarılmalarında da aciz qalaq)?! (Onlar ilk yaradılışı inkar etmirlər,) əksinə yeni yaradılış barəsində səhvdədirlər.
Kövsər Tağıyev:
İlk yaratmada acizlik göstərdikmi ki, (yenidən yaratmayaq)? Doğrusu, onlar yenidən yaratma barəsində şübhə içindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər Biz (insanı) ilk dəfə yoxdan yaratmaqda aciz qaldıq? Onlar isə yenidən yaranış [dirildilmə] barəsində şübhə içərisindədirlər.
Sabirə Dünyamalıyeva:
Məgər Biz, ilk yaradılışda acizlikmi göstərdik? Xeyr, ancaq onlar yeni yaradılışdan şübhə içindədir.