Əlixan Musayev:
Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir.
Bünyadov-Məmmədəliyev:
Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir!
Elmir Quliyev
:
Аллах приготовил для них тяжкие мучения. Воистину, скверно то, что они совершают!
Ələddin Sultanov:
Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onlar necə də pis işlər görürlər!
Kerbelayi Malik ağa:
Allah onlara (münafiqlərə) şiddətli əzab hazırladı. Şübhəsiz ki, onların etmiş olduqları şey çox pisdir.
Ələsgər Musayev:
Hazırlayıb Allah onlar üçün şiddətli əzab. Həqiqətən,
onların etdikləri əməllər çox pis oldu!
A.Mehdiyev və D.Cəfərli:
Allah onlara şiddətli bir əzab hazırlamışdır, çünki onların (dünyada) etdikləri şey olduqca pisdir.
Kövsər Tağıyev:
Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Həqiqətən, onların etdikləri nə pisdir!
M.Qənioğlu və T.Bilaloğlu:
Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Doğrudan da onların tutduqları əməllər nə qədər iyrəncdir!
Sabirə Dünyamalıyeva:
Allah, onlar üçün çox şiddətli bir əzab hazırlamışdır. Şübhəsiz ki, onların işlədikləri əməllər çox pisdir!