Əlixan Musayev:
Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını dadmış, özləri üçün də ağrılı-acılı bir əzab hazırlanmış kimsələrə bənzəyirlər.
Bünyadov-Məmmədəliyev:
Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını (dünyada) dadmış kimsələrə (Bədrdə məğlub olmuş Məkkə müşriklərinə) bənzəyirlər. Onları (axirətdə) şiddətli bir əzab gözləyir.
Elmir Quliyev
:
Они подобны своим недавним предшественникам, которые вкусили пагубность своих деяний и которым уготованы мучительные страдания.
Ələddin Sultanov:
Onlar özlərindən bir müddət əvvəl etdiklərinin cəzasını dadmış kimsələrə bənzəyirlər. Onlar üçün acı bir əzab vardır. (Bu ayədə yəhudilər özlərindən qısa bir müddət əvvəl Bədr döyüşündə məğlub olan müşriklərə bənzədilmişlər.)
Kerbelayi Malik ağa:
(Onların vəziyyəti) özlərindən yaxın zaman əvvəl, etdikləri işlərin cəzasını dadmış olanların vəziyyəti kimidir. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Ələsgər Musayev:
Məsəli kimidir o kəslərin ki, bu yaxında
onlardan qabaq var idilər. Daddılar bəlasını əmrlərinin və onlar
üçün ələmli əzab var.
A.Mehdiyev və D.Cəfərli:
(Bəni-Nəzir yəhudiləri) özlərindən bir az əvvəl işlərinin pis aqibətini dadmış kimsələrə (Bədr əhli və s.) bənzəyir. Və onlar üçün (axirətdə) ağrılı bir əzab vardır.
Kövsər Tağıyev:
Onların halı özlərindən əvvəlkilərin (məkkəli müşriklərin) halı kimidir. Onlar (Bədrdə) etdiklərinin cəzasını dadıblar. Onlara (axirətdə də) ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
(Münafiqlər) özlərindən bir qədər öncəki kəslərə [kafirlərə] bənzərlər. Onlar öz əməllərinin cəfasını dadmışdılar. Onlar üçün üzücü bir əzab da vardır.
Sabirə Dünyamalıyeva:
halbuki onların qəlbləri, eynilə, insana "Küfr işlə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar et" deyib, [insan] küfr işlədikdə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etdikdə] isə "Həqiqətən mən, səndən uzağam; şübhəsiz mən aləmlərin Rəbbi olan Allahdan qorxuram" deyən o şeytanın misalında olduğu kimi dağınıqdır.