Mülk Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər səthində gəzin (Allahın )ruzisindən yeyin. Qayıdış da Onadır.
Bünyadov-Məmmədəliyev:
Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş Onadır!
Elmir Quliyev :
Он Тот, Кто сделал для вас землю покорной. Ступайте же по свету и вкушайте из Его удела, и к Нему вы явитесь после воскрешения.
Ələddin Sultanov:
Yer üzünü sizin ixtiyarınıza verən Odur. Elə isə onun hər tərəfində gəzib-dolaşın Allahın ruzisindən yeyin. Dönüş Onadır!
Kerbelayi Malik ağa:
Yer üzünü sizin ixtiyarınıza verən Odur. Artıq onun səthində gəzin Onun ruzisindən yeyin. Nəşir (yenidən var olub hüzurunda toplanma) Onadır.
Ələsgər Musayev:
O Odur ki, ərzi sizin üçün ram etdi. Onun qucağında gəzin Onun ruzilərindən yeyin Ona tərəf toplanacaqsınız!
A.Mehdiyev və D.Cəfərli:
Yeri sizə ram edən Odur. Belə isə, onun qoynunda gəzin (yer kürəsinin hər bir yeri onun qoynudur) ruzisindən yeyin. (Bilin ki,) diriltmə (əmri) Onun əlindədir dirilənlərin dönüşü Ona tərəfdir.
Kövsər Tağıyev:
O, yer üzünü sizin ayaqlarınızın altına sərəndir. Onun üstündə gəzin Allahın ruzisindən yeyin. Qayıdış yalnız Onadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Yeri sizə ram edən Odur! Onun hər tərəfində gəzin Allahın ruzisindən yeyin. Dönüş Onadır!
Sabirə Dünyamalıyeva:
Allah, sizə yer üzünü ram etdirəndir. Haydı, onun çiyinlərində; təpələrində/işinizə yarayan yerlərində gəzin Allahın ruzisindən yeyin. diriliş, ancaq Onadır.