Müddəssir Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Bunlara baxmayaraq,) o, (yenə də) əlavə etməyimi arzulayır.
Bünyadov-Məmmədəliyev:
(Bütün bunlardan) sonra yenə (var-dövlətini) artırmağımı istəyir.
Elmir Quliyev :
После всего этого он желает, чтобы Я добавил ему.
Ələddin Sultanov:
Bundan sonra o, yenə (bu imkanları) artırmağımı istəyir.
Kerbelayi Malik ağa:
Sonra (daha da) artırmağımı istəyər.
Ələsgər Musayev:
Sonra tamahı var ki, artırım.
A.Mehdiyev və D.Cəfərli:
Bununla belə (bütün bunları) artırmağıma tamahlanır.
Kövsər Tağıyev:
Sonra da o, hərisliklə daha da artırmağımı istəyər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra isə o, tamaha düşür ki, daha da artırım.
Sabirə Dünyamalıyeva:
Bütün bunlardan sonra yenə tamah salarak Mənim daha da artırmağımı istəyir.