Mutəffifin Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!
Bünyadov-Məmmədəliyev:
Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!
Elmir Quliyev :
Но нет! В тот день они будут отделены от своего Господа завесой (не увидят Аллаха),
Ələddin Sultanov:
Xeyr! Həqiqətən, o gün onlar Rəbbindən (Onu görməkdən) məhrum ediləcəklər.
Kerbelayi Malik ağa:
Xeyr, şübhəsiz ki, onlar izn günü Rəbbi ilə aralarına pərdə çəkilmiş olanlardır (Rəblərini görə bilməzlər).
Ələsgər Musayev:
Belə deyil! Həqiqətən, onlar öz Rəblərindən o gün uzaq olarlar.
A.Mehdiyev və D.Cəfərli:
Belə deyil (Onların güman etdiyi kimi deyil,) şübhəsiz, o gün onlar Rəbbin(in lütfün)dən məhrum olacaqlar.
Kövsər Tağıyev:
Xeyr, şübhəsiz, onlar qiyamət günü Rəblərini görməkdən məhrum ediləcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Xeyr! O günü onlar özlərinin Rəbbindən ayrı salınarlar.
Sabirə Dünyamalıyeva:
Qətiyyən onların düşündüyü kimi deyil! Şübhəsiz ki, onlar, o gün Rəbbindən həqiqətən məhrum olacaqlar.