Əlixan Musayev:
Hara (səfərə) çıxsan, (namaz qıldıqda) üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin ki, zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın. Onlar-dan qorxmayın, Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz doğru yola yönələsiniz.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, (özlərinə) zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan nemətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız.
Elmir Quliyev
:
Откуда бы ты ни вышел, обращай лицо в сторону Заповедной мечети. Где бы вы ни оказались, обращайте ваши лица в ее сторону, чтобы у людей, если только они не беззаконники, не было довода против вас. Не бойтесь их, а бойтесь Меня, чтобы Я довел до конца Мою милость к вам. Быть может, вы последуете прямым путем.
Ələddin Sultanov:
Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidi-harama tərəf çevir! Siz də harada olsanız, üzünüzü o tərəfə çevirin ki, zalımlar (inadkarlar) istisna olmaqla insanların əlində sizin əleyhinizə bir dəlil olmasın. Onlardan qorxmayın! Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz haqq yolu tapasınız.
Kerbelayi Malik ağa:
Haradan çıxarsan çıx, bundan sonra (namazda) vəchini (üzünü) Məscidi Haram istiqamətinə çevir. Harada olsanız olun, üzlərinizi o istiqamətə çevirin ki, insanların sizin əleyhinizdə (istifadə edə biləcəkləri) dəlili olmasın. Onlardan zülm edənlər xaric, artıq onlardan qorxmayın. Məndən (sizin üzərinizdəki sevgimin azalacağından) qorxun ki, sizin üzərinizdəki nemətimi tamamlayım və beləcə hidayətə ərərsiniz.
Ələsgər Musayev:
Haradan xaric oldun,
döndər vəchini məscidil-haram səmtinə! Harada oldunuz,
döndərin vəchinizi səmtinə onun ki, olmasın insanlar üçün
üzərinizdə hüccət, ancaq o kəslərdən başqa ki, zalimdir
onlardan. Çəkinməyin onlardan və çəkinin Məndən,
tamamlamaq üçün nemətimi üzərinizdə sizin, ola ki hidayət
olunasınız!
A.Mehdiyev və D.Cəfərli:
(Bəli) və haradan çıxsan (namazda) üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin ki, insanların zalımlarından (məntiqsiz söz danışanlarından) başqalarının sizə (irad tutmağa) bir dəlili olmasın (müşriklər deməsinlər ki, «İbrahimin dininin iddiasını etdiyi halda, onun qibləsi ilə müxalifdir» və ya kitab əhli «gəlməsi vəd edilmiş peyğəmbərin qibləsi Kə’bə olmalıdır, deməli bu şəxs həmin peyğəmbər deyil» deməsinlər). Odur ki, onlardan qorxmayın Məndən qorxun. Və (həmçinin bu qiblənin təyin edilməsi) bəlkə hidayət olundunuz deyə Öz nemətimi sizə tamamlamağım üçündür.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Haradan yola çıxırsan çıx, üzünü Məscidi-Harama tərəf çevir. (Ey möminlər!) Siz də harada olursunuz olun, üzünüzü Məscidi-Harama çevirin ki, zalımlardan qeyri kimsələrin əlində (sizə qarşı) bir dəlil olmasın. Zalımlardan qorxmayın, məndən qorxun. Beləliklə, sizə olan nemətlərimi tamamlayım və doğru yolu tapasınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Haradan yola çıxsan, üzünü Məscidül-Hərama tərəf çevir. Harada olsanız, üzünüzü ona tərəf çevirin ki, haqsızlardan başqa insanların sizə qarşı çıxmağa bir bəhanəsi olmasın. Onlardan qorxmayın, Məndən qorxun ! Mən də sizə olan nemətimi tamamlayım ki, bəlkə siz düz yol tutasınız.
Sabirə Dünyamalıyeva:
Və haradan çıxsan, dərhal üzünü Məscidülhərama/toxunulmaz təhsil-təlim ocağına tərəf çevir. Və siz, harada olsanız, dərhal üzünüzü o tərəfə çevirin ki, insanlardan -şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər xaric- sizi əleyhinizdə bir dəlil olmasın, sizə olan nemətimi tamamlayım və doğru yolu tapa biləsiniz. Artıq onların qarşısında hörmətlə, məhəbbətlə və elmlə ürpərməyin, Mənim qarşımda hörmətlə, məhəbbətlə və elmlə ürpərin.