Nisa Surəsi 150. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allahı Onun elçilərini inkar edənlər­, Allahı Onun elçilərindən ayırmaq istəyib: “Biz (o elçilərin) bəzisinə inanır, bəzilərinə isə inanmırıq!”– deyənlər bunun arasında bir yol tutmaq istəyənlər
Bünyadov-Məmmədəliyev:
Allahı peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayırmaq istəyənlər. “Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq”, - deyənlər bunun (iman ilə küfr) arasında bir yol (məzhəb) tapmaq istəyənlər -
Elmir Quliyev :
Воистину, те, которые не веруют в Аллаха и Его посланников, хотят различать между Аллахом и Его посланниками и говорят: "Мы веруем в одних и не веруем в других", и хотят найти путь между этим,
Ələddin Sultanov:
Şübhəsiz, Allahı peyğəmbərlərini inkar edən, Allah peyğəmbərlərini, (iman gətirmək etibarilə) bir-birindən ayırmaq istəyərək: “(Peyğəmbərlərin) bir qisminə inanırıq, bir qisminə isə inanmırıq”, - deyən bunlar (iman küfr) arasında bir yol tutmaq istəyənlərə gəldikdə;
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlar Allahı Onun rəsullarını inkar edərlər Allah ilə Onun rəsulları arasında ayırım (seçim) etmək istəyərlər. ‘Bir qisminə inanırıq, bir qismini inkar edirik.’ deyərlər. Bunların (küfrlə imanın) arasında bir yol tutmaq istəyərlər.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, kafir olurlar Allah ilə rəsulları ilə Onun istəyirlər ki, Allah rəsulları arasında fərq qoyalar deyirlər: «Biz onların bəzisisinə inanııb bəzisinə kafir oluruq!» İstəyirlər ki, bu arada bir yol seçib götürələr.
A.Mehdiyev və D.Cəfərli:
Əlbəttə Allaha Onun peyğəmbərlərinə kafir olan, Allahla Onun peyğəmbərləri arasında (peyğəmbərlərin haqq olmaları onlara etiqad bəslənilməsi baxımından) ayrılıq salmaq istəyən, «biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq» deyən onların (hamısına iman gətirməklə hamısına kafir olmaq) arasında bir yol tutmaq istəyən kəslər
Kövsər Tağıyev:
Şübhəsiz, Allahı peyğəmbərlərini inkar edənlər, Allaha inanıb peyğəmbərlərinə inanmayaraq aralarında fərq qoymaq istəyənlər, “(Peyğəmbərlərdən) bəzisinə inanarıq, bəzisini inkar edərik” deyənlər beləliklə, bu ikisi (imanla küfr) arasında bir yol tutmaq istəyənlər ki var,
M.Qənioğlu və T.Bilaloğlu:
Allahı Onun peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayrı salmaq istəyənlər, “Peyğəmbərlərdən bəzisinə inanırıq, bəzisinə inanmırıq.“ - deyənlər ortada bir yol tutmaq istəyənlər -
Sabirə Dünyamalıyeva:
Allaha elçilərinə inanmayaraq küfr işləyən [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən], "Biz, bir qisiminə inanarıq, bir qisiminə inanmarıq" deyərək Allahla elçilərinin arasında ayrılıq salmaq istəyən beləliklə imanla küfr [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etmək] arasında bir yol tapmağa çalışan kəslər;