Ənam Surəsi 150. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Şahidlərinizi gətirin şəhadət versinlər ki, bunu Allah haram buyurmuşdur”. Əgər onlar şəhadət versələr, sən onlarla birlikdə şəhadət vermə. Ayələrimizi yalan sayanların axirətə inan-mayanların istəklərinə uyma. Onlar (başqalarını) öz Rəbbinə tay tuturlar.
Bünyadov-Məmmədəliyev:
De: “Bunu (haram saydıqlarınızı) Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!” Şayəd onlar (yalandan) şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin axirətə inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar (bütləri) öz Rəbbinə tay tutarlar.
Elmir Quliyev :
Скажи: "Приведите ваших свидетелей, которые засвидетельствуют, что Аллах запретил это". Если даже они станут свидетельствовать, ты не свидетельствуй вместе с ними и не потакай желаниям тех, которые считали ложью Наши знамения, которые не веруют в Последнюю жизнь и равняют других со своим Господом.
Ələddin Sultanov:
De: “Həqiqətən, Allah bunu haram etmişdir”, - deyərək şahidlik edən şahidlərinizi gətirin!” Əgər onlar şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə! Ayələrimizi yalan sayanların axirətə inanmayanların arzularına uyma! Onlar (bütləri) Rəbbinə tay tuturlar.
Kerbelayi Malik ağa:
‘Allahın bunu haram etdiyinə şahidlik edən şahidlərinizi gətirin.’ de. Artıq əgər onlar şahidlik etsələr, onlarla birlikdə sən şahidlik etmə. Axirətə inanmayan ayələrimizi yalanlayan kəslərin həvəslərinə tabe olma. Onlar Rəblərinə tay tuturlar (ortaq qoşurlar).
Ələsgər Musayev:
De: «Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı hidayət edərdi».
A.Mehdiyev və D.Cəfərli:
De: «Allahın bunları haram etməsinə şəhadət verən şahidlərinizi gətirin». Beləliklə, əgər şəhadət versələr, sən onlarla birgə şəhadət vermə Bizim ayələrimizi təkzib edənlərin, axirət gününə imanı olmayanların Rəbblərinə şərik qoşanların nəfsi istəklərinə tabe olma.
Kövsər Tağıyev:
De ki: “Buyurun, “Allah bunu haram buyurdu” deyə şəhadət verəcək şahidlərinizi gətirin”. Onlar şəhadət versələr də, sən onlarla bərabər şahidlik etmə. Ayələmizi yalan sayanların axirətə inanmayanların arzularına uyma. Onlar başqa şeyləri Rəblərinə tay tuturlar.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Allahın bunu haram buyurduğuna şahidlik edəcək şahidləriniz qoy gəlsinlər (görək)!" Əgər onlar şəhadət versələr, sən onlarla şəhadət vermə, Bizim ayələrimizi yalan hesab edənlərin axirətə inanmayanların istəklərinə uyma. Onlar özlərinin Rəbbinə (başqalarını) tay tuturlar.
Sabirə Dünyamalıyeva:
De ki: "Haydı, Allah bunu həqiqətən haram etdi deyə şahidlik edəcək şahidlərinizi gətirin." Buna baxmayaraq, əgər onlar şahidlik etsələr sən onlarla birlikdə şahidlik etmə. Ayələrimi yalan hesab edən axirətə inanmayan kəslərin boş müvəqqəti arzularına da uyma. onlar, öz Rəbbinə tay tutmaqdadırlar.