Əlixan Musayev:
Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti (Sünnəni) sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik.
Bünyadov-Məmmədəliyev:
Həmçinin (nemətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, Kitabı (Quranı), hikməti (şəriəti, halalla haramı) və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.
Elmir Quliyev
:
Таким же образом Я ниспослал вам Посланника из вашей среды, который читает вам Наши аяты, очищает вас, обучает вас Писанию и мудрости, обучает вас тому, чего вы не знали.
Ələddin Sultanov:
Həmçinin öz içinizdən ayələrimizi sizə oxuyan, sizi təmizləyən, Kitabı (Quranı) və hikməti, eləcə də bilmədiklərinizi sizə öyrədən bir peyğəmbər göndərdik.
Kerbelayi Malik ağa:
Həmçinin sizə aranızda (vəzifəni yerinə yetirmək üzrə) sizdən (özünüzdən) bir Rəsul göndərdik ki, ayələrimizi sizə tilavət etsin (oxuyub açıqlasın) və sizi (nəfsinizi) islah etsin, sizə Kitabı və hikməti öyrətsin və (hikmətin də ötəsini) bilmədiyiniz şeyləri öyrətsin.
Ələsgər Musayev:
Nə qədər göndərdik sizdə rəsul sizdən -
tilavat edir üzərinizə ayətlərimizi və paklayır sizi və bildirir
kitabı və hikməti və bildirir sizə nəyi ki olmadınız bilənlər.
A.Mehdiyev və D.Cəfərli:
(Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən (cins və dili sizinlə bir olan), sizə daim Bizim (tovhid) nişanə və ayələrimizi oxuyan, sizi(n ruhunuzu) paklaşdıran, inkişaf etdirən, sizə (səma) kitabı(nı) və hikməti (şəriət hökmlərini və əqli maarifi), eləcə də əvvəllər bilmədiyiniz şeyləri öyrədən (insanı) peyğəmbər göndərdiyimiz kimi (nemətdir).
Kövsər Tağıyev:
Aranızdan sizə ayələrimizi oxuyan, sizi hər pislikdən təmizləyən, sizə kitab və hikməti öyrədən və bilmədiklərinizi də öyrədən bir peyğəmbər göndərdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Eləcə də sizə ayələrimizi oxumaq, sizi pak etmək, sizə Kitabı, hikməti və bilmədiyiniz şeyləri öyrətmək üçün aranızdan sizə bir peyğəmbər göndərdik.
Sabirə Dünyamalıyeva:
Mənim sizə, sizin öz içinizdən, sizə ayələrimizi oxuyan, sizi saflaşdıran, sizə kitabı və haqsızlıq, fitnə-fəsad və qarışıqlığın qarşısını almaq üçün qoyulan qanun, prinsip və qaydaları öyrədən və sizə bilmədiyiniz şeyləri xəbər verən bir elçi göndərməyim kimi