Ali-İmran Surəsi 151. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə pisdir!
Bünyadov-Məmmədəliyev:
Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer pisdir!
Elmir Quliyev :
Мы вселим ужас в сердца неверующих за то, что они приобщали к Аллаху сотоварищей, о которых Он не ниспослал никакого доказательства. Их пристанищем будет Огонь. Как же скверна обитель беззаконников!
Ələddin Sultanov:
Haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Allaha şərik qoşduqları üçün kafirlərin ürəklərinə qorxu salacağıq. Onların sığınacağı yer cəhənnəmdir. Zalımların gedəcəyi yer pisdir!
Kerbelayi Malik ağa:
Allahın haqqında bir sultan (dəlil) endirmədiyi bir şeyi Allaha ortaq qoşmaları səbəbiylə, o kafirlərin qəlblərinə qorxu verəcəyik. Onların sığınacağı (gedəcəyi yer) atəşdir (cəhənnəmdir). Zalımların qalacağı yer pisdir.
Ələsgər Musayev:
Kafir olan kəslərin qəlblərinə qorxu salarıq, ilə ki, Allah ilə şərik qərar verdilər ki, nazil etməyib onunla sultanlıq. onların sığınacaqları yer oddur çox pisdir yeri zalimlərin!
A.Mehdiyev və D.Cəfərli:
Tezlikl? kafirl?rin q?lbl?rin? Allah?n, (haqq olmas?na dair) hec bir yet?rli d?lil nazil etm?diyi seyi Allaha s?rik qosmalar?n?n c?zas? olaraq qorxu v? vahim? salacag?q. Onlar?n qalacaqlar? yer oddur. Zal?mlar?n qalacaqlar? yer n? q?d?r d? pis bir yerdir.
Kövsər Tağıyev:
Haqqında heç bir dəlil endirmədiyi şeyləri Allaha şərik qoşmaları səbəbi ilə inkar edənlərin qəlblərinə qorxu salacağıq. Sığınacaqları yer cəhənnəmdir. Zalımların qalacaqları yer pisdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın heç bir dəlil nazil etmədiyi şeyi Ona şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salacağıq. Onların yeri cəhənnəmdir. Zalımların sığınacağı necə pisdir!
Sabirə Dünyamalıyeva:
Allahın, haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, Biz, kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] qəlblərinə qorxu salacağıq. Onların gedəcəkləri yer Atəşdir. Şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyənlərin məskəni necə pisdir!