Əlixan Musayev:
Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!
Bünyadov-Məmmədəliyev:
Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!
Elmir Quliyev
:
Поминайте Меня, и Я буду помнить о вас. Благодарите Меня и не будьте неблагодарны Мне.
Ələddin Sultanov:
Məni xatırlayın ki, mən də sizi xatırlayım! Mənə şükür edin və Məni inkar etməyin!
Kerbelayi Malik ağa:
Elə isə Məni zikr edin ki, Mən də sizi zikr edim. Mənə şükür edin və Məni inkar etməyin.
Ələsgər Musayev:
Zikr edin Məni, zikr edim sizi və şükr edin Mənim üçün
və olmayın kafir Mənə!
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükr edin və küfr və nemətlərimə nankorluq etməyin.
Kövsər Tağıyev:
Elə isə yalnız məni anın ki, mən də sizi anım. Mənə şükür edin, nankorluq etməyin.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz Məni zikr edin, Mən də sizi yada salaram. Mənə şükr edin, Mənə küfr etməyin !
Sabirə Dünyamalıyeva:
Elə isə Məni yada salın ki, Mən də sizi yada salım. Və Mənə, verdiyim nemətlərin əvəzini ödəyin, Mənə nankorluq etməyin/verdiyim nemətləri görməməzlikdən gəlməyin.